Rusiyadan Ermənistana xəbərdarlıq
31 Oktyabr 2020 10:32 SiyasətRusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti mozaika virusuna (meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla, 100-dən çox bitki növündə aşkarlanan virus-red) görə Ermənistandan pomidorun idxalını məhdudlaşdıra bilər.
Big.az xəbər verir ki, bu barədə federal xidmətdə bildiriblər.
Xidmət Ermənistana Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi xahiş edib. Qeyd edilir ki, xidmət tərəvəzlərdə virusun təkrar aşkarlanacağı təqdirdə pomidorun Ermənistandan idxalını məhdudlaşdıra bilər.
Qeyd edək ki, Ermənistandan Rusiyaya göndərilmiş pomidorlarda virus aşkarlanıb. Ekspertlər qeyd edib ki, virus Rusiyada tərəvəzçiliyə böyük ziyan vurmaq baxımından olduqca təhlükəlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31