Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror

Ermənistan silahlı qüvvələri Azərbaycanda strateji obyektlərə zərbələr endirib.

Olaylar.az bildirir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, ermənilər çox təhlükəli silahlardan istifadə edərək 5 halda "Scud" raketlərindən istifadə ediblər. Onlardan 3-ü Gəncəyə, 1-i Qəbələyə və 1-i Kürdəmirə atılıb.

Ermənilər həmçinin "Smerch" raketlərin dən də istifadə ediblər, bunlar da kaset bombalarıdır. Onlar Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir İstilik Elektrik Stansiyasını, Bakı-Ceyhan neft kəmərini, Bakı-Novorossiysk neft kəməri, Bakı-Oğuz-Qəbələ su kəmərini vurmağa cəhd ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31