Nəcməddin Sadıqovu əvəz edən zabitimiz erməni generalın yanında durmaqdan imtina etdi — FOTO
30 Oktyabr 2020 14:37 SiyasətMDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin növbəti iclası bu gün Səmərqənddə (Özbəkistan) öz işinə başlayıb.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edir.
Görüşdən əvvəl baş qərargah rəisləri xatirə şəkili çəkdiriblər. Görüş iştirakçları əlifba sırası ilə dayanmağa məcbur olublar və bu zaman Azərbaycanla Ermənistanın nümayəndələri yan-yana düşüb. Belə olan halda Azərbaycan nümayəndəsi Ermənistan nümayəndəsi ilə arasında məsafə saxlayaraq ondan aralı dayanıb.
Qeyd edək ki, əvvəllər MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin iclaslarında Azərbaycanı general-polkovnik Nəcməddin Sadıqov təmsil edirdi.(yeniavaz.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31