Düşmənin 7 tankını məhv edən yaralı zabitimizi BELƏ QARŞILADILAR - VİDEO
30 Oktyabr 2020 13:53 SiyasətSosial şəbəkələrdə hər kəsi qürurlandıran görüntülər yayılıb.
BiG.AZ xəbər verir ki, Qarabağ döyüşlərində düşmənin 7 tankını və digər zirehli texnikalarını məhv edən, qolundan, ayağından və bir gözündən ağır yaralanan baş leytenant Rüfət Əsədullayev doğma vətənində böyük coşqu ilə qarşılanıb. Astaranın Ərçivan kəndindən olan zabitimizin qarşılanma mərasimi hər kəsi qürurlandırıb.
Valideynlərinin dediklərinə görə Rüfət uşaqlıqdan hərbiyə maraqlı olub. Anası igid oğlundan fəxrlə danışıb:
"Heç vaxt ona deməzdim ki. get dərsini oxu. Hər şeydən əvvəl onun üçün birinci dərs idi".
Atası isə oğlunun qəhrəmanlığını televiziyadan eşitdiyini deyib:
"Dostlarm dedi ki, Rüfət 7 tank məhv edib. Bu barədə televiziyada da deyiblər. Mən oğlumla fəxr edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31