Səfir Braziliyanın tanınmış televiziya kanalına müsahibə verdi
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın tanınmış RiT televiziya (Rede Internacional de Televisão) kanalına müsahibə verib. Olaylar.az bildirir ki, səfir müsahibəsində Ermənistanın sentyabr ayından başlayaraq Azərbaycana qarşı apardığı yeni müharibədən danışaraq bildirib ki, otuz ildən artıq torpaqlarımızı işğal altında saxlayan Ermənistan, Azərbaycanın və beynəlxalq aləmin bütün sülhməramlı cəhdlərinə baxmayaraq, münaqişənin həllinə dair edilən bütün təklifləri rədd edərək, yeni müharibənin başlanması üçün təxribatlar həyata keçirib.
29 Oktyabr 2020 19:00 SiyasətAzərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın tanınmış RiT televiziya (Rede Internacional de Televisão) kanalına müsahibə verib.
Olaylar.az bildirir ki, səfir müsahibəsində Ermənistanın sentyabr ayından başlayaraq Azərbaycana qarşı apardığı yeni müharibədən danışaraq bildirib ki, otuz ildən artıq torpaqlarımızı işğal altında saxlayan Ermənistan, Azərbaycanın və beynəlxalq aləmin bütün sülhməramlı cəhdlərinə baxmayaraq, münaqişənin həllinə dair edilən bütün təklifləri rədd edərək, yeni müharibənin başlanması üçün təxribatlar həyata keçirib.
Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı mübarizənin beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə söykəndiyini deyən səfir Poluxov, bunun əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələri və təşkilatın Əsasnaməsinin durduğunu bildirib.
Bu müharibənin dini əsaslarının olub-olmaması sualına cavab verən E.Poluxov, təcavüzün sırf işğalçılıq və ərazi iddiaları məqsədlərini güddüyünü vurğulayaraq, Azərbaycanda çoxsaylı millətlərin və dini təriqətlərin nümayəndələrinin yaşadığını, Bakının mərkəzində isə erməni kilsəsinin qorunub saxlanıldığını qeyd edib. Braziliyanın münaqişə ilə bağlı mövqeyinə gəldikdə, Azərbaycanın hər zaman ərazi bütövlüyünün dəstəklənildiyi və münaqişənin sülh yolu ilə həllinin tərəfdaşı olduğu bildirilib. Ermənistan rəhbərliyinin mülki əhalini daim hədəfə aldığını söyləyən səfir, bunu dünya ictimaiyyətinin göz qarşısında etdiyini vurğulayaraq, beynəlxalq aləmi münaqişəyə biganə qalmamağa çağırıb və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini xahiş edib.