Azərbaycan ordusu üçün müharibə döyüş meydanından kənarda deyil - QARABAĞDADIR!

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. Bu beynəlxalq təşkilatların müharibə edən ölkələrə qarşı irəli sürdüyü tələbdir.

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. Bu beynəlxalq təşkilatların müharibə edən ölkələrə qarşı irəli sürdüyü tələbdir.

Birinci və ikinci Qarabağ müharibəsində ermənilərin hədəfi hər zaman mülki əhali olub. Hərb meydanında mübarizə aparmağa gücü çatmayan düşmən hər zaman bu məkirli planından istifadə edib. Son bir ayda Vətən müharibəsində məğlubiyyətini qəbul edə bilməyən düşmən bu dəfə də iyrənc "mübarizə üsulu"nu seçdi. Cəbrayıl rayonunun  azad olunma xəbərini həzm edə bilməyən düşmən ard-arda Cümhuriyyət şəhərimiz, Cavad xan yadigarı olan Gəncə şəhərini iki hədəf aldı. 11 oktyabr gecə saatlarında sivilləri hədəf alınması nəticəsində 10 nəfər həlak oldu, 34  mülki şəxs müxtəlif ağır bədən xəsarətləri almışdı. İkinci Gəncə terroru isə 17 oktyabrda yenə gecə, insanlar yatarkən həyata keçirildi. Və terror nəticəsində 14 nəfər həlak oldu, 55 nəfər yaralandı. Həlak olanlardan 4-ü qadın, 3-ü azyaşlı uşaq idi...

Gəncə kimi ötən gün Bərdə şəhəri də iki dəfə qorxaq düşmənin hədəfinə tiş gəldi. Belə ki,  oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutuldu. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Ermənistan növbəti dəfə təcavüzkar siyasətinin davamı olaraq, oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə şəhərində hadisə yerini ziyarət edən zaman ermənilərin dinc əhalini hədəf almasını hərbi cinayət adlandırıb və bunu Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən qəsdən, məqsədyönlü şəkildə edildiyini qeyd edib:

"Ermənilərin cəsarəti çatsaydı, döyüş meydanlarında real hərbi əməliyyatlardan istifadə edərdilər. Onlar döyüş meydanlarından qorxaraq qaçırlar və mülki əhaliyə qarşı bu cür cəsarətsiz hərəkətlər edirlər. Ermənistanın əsl mahiyyəti, hərbi-siyasi rəhbərliyinin bu xislətini dünyanın görməsi üçün beynəlxalq ictimaiyyətə çatdırırıq. Bütün dünya görsün ki, sivil dünya ilə Ermənistan arasında nə qədər uçurum vardır. Bərdədə hər hansı hərbi obyekt yoxdur. Onların məqsədi mülki insanları hədəfə almaq və qırğın törətməkdir".

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də ermənilərin mülki əhalini hədəf almasına toxunub və qeyd edib ki, Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət:

"Bütün bu işğal illəri ərzində Ermənistanın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi, xeyr. Məgər kimsə Ermənistanı işğala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistanın pislənəcəyinə o qədər də ümid etmirdik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik".

Hər oyunun qanunu olur. Elə müharibənində. Döyüş hərb meydanında aparılır. Və silah səni nişan alan əlisilahlını hədəf alır. Bu göstəricinin özü belə düşmənin nə qədər qorxmaz, mərd olduğunu göstərir. Sentyabr ayından bu günə qədər Azərbaycan ordusu Ermənistanın dəfələrlə sivilləri hədəf almasından, onlarla dinc sakini qətlə yetirməsinə baxmayaraq, öz döyüş əqdisəindən dönməyərək, mübarizəni hərb meydanında davam etdirir. Ali Baş Komandanın əmri ilə bu sona qədər belə olacaq. Azərbaycan ordusu üçün müharibə döyüş meydanından kənarda deyil, elə meydanın özündə- Qarabağdadır. Qarabağ uğrundadır. Bu hər zaman belə oldu.

Müdafiə Nazirliyinin azad olunan ərazilərimizdə erməni döyüşçülərinin qoyub qaçdığı yaşlı insanlarla, əsir götürülən erməni hərbiçiləri ilə bağlı yayımlanan videolarda Azərbaycanın düşmənə belə necə humanist yanaşdığı açıq-aydın görünür. Baxmyaraq ki, bu gün dünyanın aparıcı dövlətləri ölkəmizə qarşı kor, kar, lal obrazındadılar. Gec-tez haqqın, ədalətin öz yerini alacağını və həqiqətin qələbə çalacağı gün uzaqda deyil.

Qeyd edək ki, sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yararlanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 406-dır.

Ay An
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31