Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir - YENİLƏNİB - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və Azərbaycandakı xarici diplomatlar Bərdədədir.

------

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

H.Hacıyev bildirib: "Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31