Dünya icimaiyyəti erməni vandalizminə hələ də göz yumur

Ermənistan dünyanın gözü önündə müharibə cinayətlərini davam etdirir

Terrorçuluq fəaliyyəti ilə özünə "dövlət" quran ermənilər bu gün də ənənəvi missiyalarını həyata keçirməkdədirlər. Hazırda müasir dünyada mövcud olan münaqişələrin özəyində erməni terrorunun olduğu heç kimə sirr deyil. Mövcud faktlar terorizmin Ermənistanın dövlət siyasətinə çevrildiyini təsdiq edir. Ən dəhşətlisi isə odur ki, dünyanın güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin Ermənistanın terror fəaliyyətinə göz yumması təcavüzkar dövlətin daha da azğınlaşmasına səbəb olur. Qeyd edək ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror aksiyaları miqyasına və hədəfinə görə xüsusilə fərqlənir. "Azərbaycanlı olduğuna görə məhv edilməlidir" siyasəti Ermənistanı neçə-neçə genosid aktı törətməyə sövq edib. Elə ermənilərin Gəncədə dinc əhalini raket atəşinə tutması, ardınca müharibə zonasına heç bir aidiyyatı olmayan Bərdəni hədəfə alması dediklərimizə bariz nümunədir. Məlumat üçün qeyd edək ki, Ermənistan tərəfində Bərdəyə atılan ballestik raketlərlə 30-a yaxın insanımızın həyatına son qoyub. Təkcə oktyabrın 28-də mənfur düşmənin Bərdəyə atdığı raket 21 nəfərin ölmünə, 70-ə yaxın mülki vətəndaşın yaralanması ilə nəticələnib.

Millət vəkili Tahir Rzayev qeyd edib ki, İkinci Qarabağ Müharibəsinin başlamasından keçən bir ay Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi: "Torpaqlarımızın xeyli hissəsi erməni təcavüzkarlarından azad edildi və düşmənə ağır zərbələr vuruldu, demək olar ki, erməni silahlı birləşmələrinin əsas qüvvəsi və mövqeyi sıradan çıxarıldı. Bu gün düşmən çıxılmaz vəziyyətdədir və Ermənistanın baş naziri Pasinyan müharibəni dayandırmaq, erməniləri ölümdən xilas etmək üçün dünya dövlətlərini, bir çox rəhbərləri, beynəlxalq təşkilatları təngə gətirib". Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də heç vaxt qan tökmək tərəfdarı olmayıb, o həyatı boyu ədaləti, əmin amanlığı, sülhü dəstəkləmiş, işqal altında olan torpaqlarımızın danışıqlar yolu ilə azad olunmasına çalışıb. Ancaq Ermənistanın hərbi - siyasi rəhbərliyi nəinki danışıqlara gəlmiş, beynəlxalq hüquq normalarına əməl etmiş, əksinə təcavüzkarlıq siyasəti daha genişləndirmişlər. Millət vəkilinin  sözlərinə görə, bu gün çıxılmaz bir vəziyyətə düşdükləri halda belə onlar öz çirkin əməllərindən əl çəkmirlər: "Prezident İlham Əliyev İtaliyanın "Rai-1" televeziya kanalına verdiyi müsahibəsində də bir daha Ermənistanın təcavüzkarlıq siyasətindən, insanlığa sığmayan çirkin əməllərindən danışmış, erməni təcavüzkarların bəşəriyyət üçün qəbuledilməz olan hərəkətlərini, təxribatlarını, xalqımızın başına gətirilən bəlaları xatırlatmışdır. Bildirmişdir ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub və Ermənistan işqal edilmiş ərazilərin bircə qarşını belə qaytarmağa hazırlaşmır. Sülhə gəlmək üçün Ermənistan rəhbərliyi işqalçı siyasətdən imtina etməlidir. Əlbəttə, ayrı yol yoxdur. Azərbaycan xalqı 30 il səbr edib dözmüş, beynəlxalq təşkilatların vədlərinə inanaraq danışıqlara ümid bağlamış və nəhayət bunun əhəmiyyətsiz olduğunu hiss edərək torpaqlarını işqaldan azad etməyə başlamışdır. Dövlətimizin rəhbəri, xalq, şanlı ordumuz bir qarış torpağı belə düşmənə verməmək, ərazilərimizin təcavüzkarlardan tam təmizlənməsi andına sadiqdir və bu yolda mübarizə sona kimi davam edəcəkdir. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!".

Deputat Pərvin Kərimzadə bildirib ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun uğurları ilə davam edir. Müzəffər Ordumuz tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan hər cür təxribata, vəhşiliyə əl atmaqdan çəkinmir. Millət vəkili qeyd edib ki, hünərli, mərd əsgərlərimizlə üzbəüz döyüşdə aciz olan erməni vandalları döyüş meydanında aldıqları zərbənin heyfini dinc əhalini, qocanı, uşağı hədəfə götürməklə çıxırlar. Ən dəhşətlisi isə odur ki, gözünü qan örtən erməni vandalları körpələri, azyaşlıları qətlə yetirir, əsrlərdir davam edən vəhşi xislətlərini, uşaq qatili olduqlarını dünyaya nümayiş etdirirlər: "Son bir ay ərzində işğalçı Ermənistan ordusunun davamlı və intensiv şəkildə Azərbaycanın mülki əhalisini hədəf alması nəticəsində 10 uşaq həlak olub, 32 uşaq yaralanıb və bir neçə uşaq hər iki valideynini itirib. Dünyanı təzəcə dərk etməyə başlayan, təzəcə çiçək açan, gecə evində mışıl-mışıl yatan, həyətində xurma toplayan, fitnə-fəsaddan uzaq fidanların, körpə balaların - Aysunun, Fidanın, Arturun, Şəhriyarın, Malikin, Elvinin, Aygünün, Farizin, Zəhranın, yüzlərlə günahsız körpənin günahı nə idi? Qana həris düşmənlərimiz cinayətkar əməllərini dayanmadan davam etdirirlər. Dünən Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığı qadağan olunmuş raketlər daha bir azyaşlının - 7 yaşlı Aysunun məsum gözlərinin əbədi yumulmasına səbəb oldu. Ermənilərin uşaq qatili kimi cinayətlərindən, vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə sübutlar var. İnsani hislərdən uzaq ermənilər soydaşlarımızın başına gətirdikləri faciələri, vəhşilikləri özləri də etiraf edirlər. Qaniçən Zori Balayan "Ruhumun dircəlişi" kitabında Xocalıda törətdikləri soyqırımında tökülən qanları ruhunun qidası adlandırır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq." Erməni yazıçısı David Verdiyanın Xocalı müsibətləri ilə bağlı insan qanını donduran yazıları erməni qəddarlığının etirafıdır: " Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qızın meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi." Xocalıda törədilmiş soyqırımında da uşaqlara qarşı vəhşiliklərdən, erməni qəddarlığından dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: "Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər."

Millət vəkili təəssüflə qeyd edib ki,  erməni vandallarının çinayətlərinə dünya icimaiyyəti, beynəlxalq təşkilatlar hələ də göz yumur. Hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi insanlıq dramı, müharibə cinayətləri vəhşilik, barbarlıq və terror aktları davam edir: "Uşaq məsumluğu qarşısında insan olduqlarını unudan işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri döyüş və diplomatiya meydanında ard-arda aldıqları sarsıdıcı zərbədən başlarını itirərək hərbi əməliyyatlarda 12-13 yaşlı uşaqlardan əsgər kimi istifadə etməyə başlayıblar. Məğlubiyyətə uğradıqca azğınlaşan düşmən hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və "Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır" deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini, BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını ciddi şəkildə pozur. Beynəlxalq təşkilatlar yenə də 12-13 yaşlı uşaqlardan döyüşçü kimi istifadə edərək, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edən Ermənistanın əməllərinə səssiz qalır. Dünya birliyi artıq hərəkətə keçməli, beynəlxalq hüquq normalarını pozan Ermənistan hökümətinin cinayətkar əməllərinə hüquqi qiymət verilməli, onları məsuliyətə cəlb etməli, erməni vəhşiliyinə "dur" deməlidir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31