Deputat: “Bizi atəşkəsə səsləyənlər gözlərini açıb Bərdə hadisələrini görsünlər”

"Ermənistan silahlı qüvvələri xalqımıza qarşı terror aktları törətməkdə davam edir. Mənfur düşmən çarəsizlikdən yenə də mülki, silahsız əhalimizi, cəbhə xəttindən uzaqda yerləşən Bərdəni hədəfə alıb. Qarayusifli kəndinə endirilən raket zərbələri nəticəsində ölən və ağır yaralananımız var. Terror qurbanı olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm!" "Olaylar" xəbər verir ki, bunu Bərdəni parlamentdə təmsil edən millət vəkilləri Fatma Yıldırım bildirib: "Düşmən bir daha üçüncü dəfə elan olunmuş humanitar atəşkəsi kobudcasına pozaraq, hərbi cinayət törədib, terrorçu xislətini bütün dünyaya nümayiş etdirib. Ölənlər arasında 8 yaşlı balamız Aysu İsgəndərova da var. Bizi atəşkəsə səsləyənlər gözlərini açıb, bu hadisələri görsünlər. Mülki əhalimizə qarşı törədilən bu alçaq hücumu şiddətlə qınayıram. Ordumuzun itirdiyimiz əzizlərimizin intiqamını döyüş meydanında  alacağına əminəm!"-deyə, millət vəkili sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31