Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
28 Oktyabr 2020 15:02 SiyasətDinc sakinlərin həlak olması ilə nəticələnən Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması xəbərini böyük narahatçılıq və üzüntü hissi ilə qəbul etdim.
Olaylar.az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bərdənin atəşə tutulması ilə əlaqədar şərhində deyib.
Diplomat qeyd edib: "Bu cür addımlar beynəlxalq humanitar hüququ və mövcud olan atəşkəs razılaşmaları kobudcasına pozur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31