Ermənistan jurnalistlərin də peşə fəaliyyətinə qarşı çıxır
28 Oktyabr 2020 12:58 SiyasətDövlət və diaspora təşkilatları jurnalistlərə qarşı hücum taktikasında birləşiblər
Beynəlxalq hüququ ayaq altına atan işğalçı Ermənistan heç bir sərhəd tanımır. Beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyalarını, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasına və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozan Ermənistan nəinki uşaq qatilinə çevrilib, hətta humanitar aksiyanı yerinə yetirən Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi təşkilatın nümayəndələrini hədəf seçib. Təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən əl çəkməyən terrorçu dövlət müharibə qanunlarının ziddinə olaraq jurnalistləri də atəşə tutmaqdan çəkinmir. Məlumat üçün qeyd edək ki, Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub. Daha doğrusu, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobilin atəşə tutulması nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib. Həmçinin ermənilər Türkiyənin "İhlas" xəbər agentliyinin əməkdaşları Kamil Nadirli, Murat Delice və digər mətbuat nümayəndələrinin olduğu yeri atəşə tutub. Düşmənin atdığı mərmilər jurnalistlərin təxminən 50 metr yaxınlığına düşüb. Əslində ermənilərin öz vəzifə borclarını yerinə yetirən jurnalistləri atəşə tutması barədə faktlar kifayət qədərdir. Bu ölkənin yerli jurnalistləri isə çiynində silah Azərbaycanın mülki əhalisini hədəfə alır. Öz vəzifə borclarını yerinə yetirən jurnalistlərə qarşı törədilən terror aktları bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini saya salmır.
Çox təəssüf ki, ermənilərin müharibə qanunlarına qarşı çıxmaları təkcə jurnalistləri atəşə rurmaqla bitmir, həmçinin Ermənistanın maraqlarına uyğun gəlməyən yazılar dərc edən jurnalistlər hədəfə götürülür. Onu da qeyd edək ki, bu sahədə fəaliyyət Ermənistan dövləti ilə doaspor təşkilatlarını ortaq məxrəcə gətirir. Belə ki, Ermənistan dövlətinin törətdiyi təxribatlar nəticəsində müşahidə olunan vəhşiliklər, vandalizm aktları və ümumiyyətlə İkinci Qarabağ Müharibəsi barədə həqiqətləri dünyaya çatdıran istənilən jurnalistə hədə-qorxu gəlinir, yayımlanan materiallar diaspor təşkilatlarını təsiri nəticəsində silinir. Belə ki, 22 oktyabr tarixində TF 1 kanalında " saat 20 " verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu " genosid törədənlərin fahişəsi " kimi qələmə veriblər. Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib. Belə ki, Facebook üzərindən yayımlanan reportaj haqqında " dezinformasiyaya bənzəyir " fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq: "Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər ". Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. TF 1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün, Liseron Budulun reportajını öz saytından silib.
Məlumat üçün qeyd edək ki, artıq "Sərhədsiz Reportyorlar " TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edib: "Sərhədsiz reportyorlar" ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1 -ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq". Xatırladaq ki, ermənilərin öz peşə fəaliyyətini həyata keçirən jurnalistlərı aşıq-aşkar təhdid etməsi birici dəfə deyil. Oktyabr ayının əvvəlində də digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər. Birmənalı şəkildə qeyd edilməlidir ki, münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsi müharibə qanunlarına tamamilə ziddir. Əslində bu cür təzyiqlər söz və mətbuat, ifadə azadlığına yönəlik addımlardır. Onu da qeyd edək ki, Ermənistan üçün belə addəmların atılması adi hesab oluna bilər. Çünki, bu ölkədə mətbuat azadlığından danışamağa dəyməz. Hazırki müharibə şəraitində isə bütün erməni mətbuatı səfərbər olunaraq Azərbaycan barədə qərəzli məlumatlar hazırlamaqla məşğuldur. İnsan hüquq və azadlıqlarının təmin olunması, mətbuatın azad fəaliyyəti üçün heç bir şərait yaratmayan Ermənistan dövlətindən isə bundan artığını gözləmək sadəlövlük olardı. Lakin Ermənistanın beynəlxalq hüquqa zidd addımları cəzasız qalmamalı, beynəlxalq jurnalist təşkilatları öz mövqeiərini ortaya qoymalıdırlar.
Alim
Olaylar.az