Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı
27 Oktyabr 2020 18:15 SiyasətOktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.
Bu barədə Anews.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.Ölənlərin sayı 4 nəfərdir, 10 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31