Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
27 Oktyabr 2020 14:58 SiyasətFransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən sosial şəbəkələrdə ölümlə hədələnib.
"Report"un yerli bürosu xəbər verir ki, ona Fransada erməni mafiyasının güclü olduğu və Azərbaycanı dəstəkləməkdə davam edəcəyi təqdirdə sonunun çatacağı bildirilib.
Xatırladaq ki, bundan əvvəl Fransanın TF1 kanalının jurnalisti Lizron Budul (Liseron Boudoul) Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı əsl reallığı əks etdirən reportajına görə erməni mənşəli fransızlar tərəfindən təhqir və təhdidlərə məruz qalmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31