Prezidentin reallıqları dünyaya çatdırılmasına xidmət edən müsahibələri mühüm rola malikdir
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir.
27 Oktyabr 2020 11:33 SiyasətPrezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Ölkə daxilindəki mətbuata göstərilən diqqət xarici mətbuata da göstərilməkdədir. Prezidentimiz dəfələrlə xarici ölkələrin televiziya kanallarının, qəzetlərinin jurnalistləri ilə görüşmüş və müsahibələr vermişdir. "Əl-Ərəbiyə","A Haber","NTV","France 24","Haber Global","RBK","TASS"kimi məşhur televiziya kanalları,"Figaro","Nikkei" qəzetlərinə, İtaliyanın Rai-1 televiziya kanalına verilmiş müsahibələr bunun bariz sübutudur". Bunu "Olaylar"a deyən Nəsimi rayon sakini, Azərbaycan Dillər Universitetinin tələbəsi Dünya Şəmilovanın sözlərinə görə, mövcud şəraitlə ələqədar olaraq həqiqət və reallıqların dünyaya çatdırılmasına xidmət edən müsahibələr mühüm rola malikdir: "Dövlət başçısı xarici mediaya verdiyi açıqlamalrında Dağlıq Qarabağ problemi, xarici ölkələrin münaqişənin həlli yolunda atdığı və atacağı addımlar, 28 illik tarixi zaman kəsiyində münaqişənin həlli yolunda aparılan danışıqlar, qarşı tərəfin münaqişədə mövqeyi, sülh danışıqları və digər məsələlər haqqında sualları cavablandıran liderimiz qətiyyətini ilk gündə olduğu kimi sərgilədi. Hər zaman beynəlxalq hüquq normaları çərçivəsində addım atan Azərbaycan atəşkəs, müharibə qaydalarına əməl etməyə davam edir. Nəinki mülki şəxslər, heç mülki obyektlər belə hədəfə alınmır. Lakin qarşı tərəf öz xislətini göstərir, iki dəfə ikinci böyük şəhər Gəncəni ballistik raketlərdən atəşə tutmaq, Tərtər şəhərini raketlərlə dağıtmaq, mülki əhaliyə, insanların sıx yaşadığı əraziləri hədəfə almaq ancaq terorist qüvvələrin əməli ola bilər. Artıq erməni terroru sirr deyil, erməni vəhşiliyi, erməni xisləti gizli deyil. Prezidentimiz müsahibələrində bu məsələlərə toxunub:"Ermənistan Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə,danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular,onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar."
Prezidentimiz onu da qeyd etdi ki, əgər danışıqlar haqqında razılaşma olarsa, bütün işğal altında olan Azərbaycan əraziləri geri qaytarılmalıdır. Heç bir güzəştdən söz gedə bilməz. Həmçinin liderimiz onu da qeyd etdi ki, Qarabağda heç bir referendum keçirilə bilməz: "Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər.Onların müstəqil Ermənistan dövləti var.Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər,dünyada neçə kiçik Ermənistan olar". Düşmənin gözü doymur. O,yalnız Azərbaycan ərazisi ilə kifayətlənmir və bu işğalçı siyasəti Prezidentimiz tam aydın şəkildə izah etdi:"Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi yoxdur.Bəlkə siz bilmirsiniz,lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır.Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan.Lakin bu, onların ideologiyasının mahiyyətidir."
Onun sözlərinə görə, bir liderin natiqlik qabiliyyəti, davranış və danışıq tərzi onun xalqını həm işıqlı gələcəyə apara bilər, həm də onu məhv edə bilər: "Prezidentimiz, Ali Baş Komandanımız, liderimiz cənab İlham Əliyevin rəhbərliyi xalqımızı uğurlu, parlaq gələcəyə aparır. Lakin siyasətdən anlayışı olmayan, nəinki natiqlik, hətta sərbəst danışıq qabiliyyətinə belə malik olmayan, tam təsadüfən siyasi arenaya çıxan Nikol Paşinyan isə öz mövqeyi və yanlış fikirləri ilə Ermənistanın çöküşünü tezləşdirir. Çox tezliklə siyasi və iqtisadi böhranın artması ilə müşahidə olunan Ermənistan rəhbərliyinin süqutunun həzin sonu gözlər önünə səriləcək. Bəs Azərbaycanda vəziyyət necə olacaq? Qarabağda zəfər çalmış şanlı Azərbaycan isə öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Ümummili lider, siyasi düha, ulu öndər Heydər Əliyev tərəfindən əkilmiş toxumlarla çiçəklənən Azərbaycan günəşin al şəfəqlərində parlayan Xəzərin sahilində firəvan, azad, müstəqil həyatını davam etdirəcək! Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!"