Paşinyan hətta ağrılı güzəştlərə də hazır olduğunu dedi

Ermənistan baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində növbəti müraciətini yayıb.

Ermənistan baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində növbəti müraciətini yayıb.

Olaylar.az-ın xəbərinə görə, o erməni tərəfinin güzəştlərə getməyə hazır olduğunu dilə gətirib: "Qarşılıqlı güzəştlərə, hətta ağrılı olanlara belə hazırdır, amma kapitulyasiyaya yox".

Paşinyan həmçinin bütün erməniləri Azərbaycana qarşı mübarizəyə səsləyib.

"Bu taleyüklü bir andır. Heç kim ümid etməsin ki, kimsə gəlib, bizim yerimizə bu məsələni həll edəcək. Yalnız bir həll var - xalqın hər bir nümayəndəsi ön cəbhədəki əsgərlər kimi bu gündəmə bağlı olmalıdır" - deyə Paşinyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31