Ombudsman: “Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərbi təcavüzü ilə bağlı tədbirlər görülmür”

 “Ermənistanın Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı binaları raket atəşinə tutmaqda məqsədi əhali arasında kütləvi tələfat törətmək və təşviş hissi yaratmaq, bununla da güc yolu ilə Azərbaycana aid ərazilərdən yeni mövqeylər əldə etməkdir.

"Ermənistanın Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı binaları raket atəşinə tutmaqda məqsədi əhali arasında kütləvi tələfat törətmək və təşviş hissi yaratmaq, bununla da güc yolu ilə Azərbaycana aid ərazilərdən yeni mövqeylər əldə etməkdir. Bu isə insanlıq əleyhinə yönəlmiş və müharibə cinayətlərinə əsaslandığından çoxsaylı insan tələfatına səbəb olur".  "Olaylar" xəbər verir ki, bu fikirlər Ombudsman tərəfindən Gəncə şəhərində həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hazırlanan hesabatda əksini tapıb. Hesabatda təəssüflə qeyd olunur ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərbi təcavüzü ilə bağlı hələ də hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülmür: "Bu isə milli insan hüquqları təsisatı olaraq bizi və Ermənistanın hərbi təcafüzündən əziyyət çəkən şəxsləri narahat edir. Azərbaycan Ombudsmanı 2020-ci ilin 11 oktyabr tarixində faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində həyata keçirdiyi növbəti monitorinq səfəri zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini növbəti dəfə məqsədli şəkildə raket atəşinə tutması nəticəsində dinc əhali arasında içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda həlak olan və yaralananların olması, fərdi yaşayış evlərinə və digər mülki obyektlərə ciddi ziyan dəyməsi faktları müşahidə edilmişdir. Bütün bunlar isə işğalçı Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqi aktlarda təsbit olunmuş fundamental hüquq və azadıqlarının davamlı olaraq kobud şəkildə pozulması deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31