Rusiyada son sutkada 13 868 nəfər COVID-19-a yoluxub
13 Oktyabr 2020 13:47 SiyasətRusiyada son sutka ərzində daha 13 868 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Rusiyada COVID-19-a yoluxanların sayı 1 327 178 nəfərə çatıb.
Son sutka ərzində 244 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 22 966 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31