Qarabağ Azərbaycandır – Qazaxıstanın mövqeyi
13 Oktyabr 2020 12:24 SiyasətAzərbaycana dəstəklə bağlı Ermənistanın fikri Qazaxıstan üçün əhəmiyyətsizdir.
Bu sözləri qazaxıstanlı politoloq İslam Kurayev deyib.
"Bizim ölkə beynəlxalq hüququn prinsiplərinə dəstək olur. Biz separatizmi, terrorizmi və işğalı dəstəkləmirik. Qazaxıstanın burada rəsmi mövqeyi aydındır. Hələ 2014-cü ildə Nursultan Nazarbayev demişdi ki, Ermənistan Avrasiya İttifaqı və KTMT-yə ÜTT-yə daxil olduğu sərhədlər çərçivəsində qəbul olunacaq, Qarabağ isə Azərbaycandır.
Qazaxıstanı daxildə qarışdırmağa gəlincə isə onların buna resursu çatmayacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31