Türkiyə KİV: “Hər axşam 21:00 Azərbaycan! Tükləriniz biz-biz olacaq” – VİDEO
1 Oktyabr 2020 12:18 SiyasətErmənistanın Azərbaycana hücumundan sonra başlayan müharibə artıq 5-ci gününə keçir. İlk gündən bu yana ölkəmizin hər yerində hər axşam saat 21:00-da Azərbaycan Himni oxunur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı hətta Türkiyə mətbuatı da yaymağa başlayıb. Onlar azərbaycanlıların milli duyğularını bu sözlərlə ifadə ediblər:
"Bütün ölkə birlik və bərabərlik mesajı verir. Onlar vətənpərvərlik duyğularını daha da artırıb. Hər gün saat 21:00-da evlərdə və küçələrdə Azərbaycan - Türkiyə bayraqları ilə himn oxunur".
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31