Erməni qüvvələri Ağdərə və Tərtər istiqamətində mühasirəyə alınıb
30 Sentyabr 2020 20:20 SiyasətErmənistanın birinci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Conaşendə yerləşən 7-ci dağadıcı alayının ikinci taborunun şəxsi heyyəti ağır itkilərə məruz qalaraq öz mövqelərini özbaşına tərk edərək qaçıb və həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağatıcı alayının qərargahına zərbərlər endirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, hazırda cəbhənin Ağdərə, Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir.
Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə aciz qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31