Müasir dünyada Ermənistan tərəfindən faşizm ideyalarının təbliği- RƏYLƏR

Müasir dünyada Ermənistan tərəfindən faşizm ideyalarının təbliği-RƏYLƏR

Bu gün faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir

Ermənistan dövləti, onun rəhbərliyinin faşizm ideologiyasına xidmət etdiyi, bəşəriyyət üçün təhlükə mənbəyi olduğu artıq dəlillər, faktlarla sübuta yetirliir. İndi Ermənistanın sözügedən ideologiyadan qaynaqlanan siyasəti beynəlxalq və regional təşkilatlar, dünya miqyaslı qurumlar səviyyəsində keçirilən toplantılarda da kəskin tənqid edilir, Yerevanın separatçılıq, işğalçılıq siyasəti ifşa olunur. Elə bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB dövlət başçılarının toplantısında çıxışı zamanı Azərbaycan Prezidrnti İlham Əliyev Ermənistan rəhbərliyinin iş üzünü açaraq haqlı olaraq Yerevanı faşizm ideologiyasına xidmət etməkdə günahlandırıb.

Dövlət başçısının sözügedən toplantıda çıxışı zamanı səsləndirdiyi faktlar birmənalı olaraq Ermənistan hakimiyyətinə vurulan diplomatic zərbə kimi xarakterizə edilib.

Millət vəkili Sevinc Fətəliyeva deyib ki,  Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur. Onun sözlərinə görə. bununla bağlı çoxsaylı faktlar mövcuddur: "Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya müharibəsində faşizmin qulluqçusu olmuş, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasıdır. Faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə MDB məkanında, postsovet ölkələrinin rəhbərləri tərəfindən çıxışlar edilib. Lakin göründüyü kimi, bu gün Ermənistanda hələ də belə hallar qabarıq nəzərə çarpır. Xatırlatmaq lazımdır ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu bu addıma qarşı dəfələrlə ciddi etirazını bildirib, belə halın yolverilməz olduğunu bəyan ediblər". Millət vəkili qeyd edib ki, bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəəzərinə çatdıran Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bu məqamları önə çəkərək Ermənistanın siyasi rəhbərliyinin faşizm ideologiyasına xidmət edən mövqeyini bir daha ifşa etdi: "Dövlətimizin başçısı mühüm tarixi faktları diqqətə təqdim etdi, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab vermək cəhdi isə uğursuz oldu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinin iddialarını darmadağın etdi, Nikol Paşinyanı yerində oturtdu. Dövlətimizin başçısı "özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir".

Sevinc Fətəliyeva onu da deyib ki, Prezident İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısıın ardınca MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: "Hesab edirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ilə yanaşı, Azərbaycanın qüdrətini, Ermənistanın isə cılızlığını, iç üzünü - işğalçı simasını, çirkli reputasiyasını bir daha nümayiş etdirmiş oldu".

Millət vəkili Tahir Mirkişili isə bildirb ki,  müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir. Onun sözlərinə görə, Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njde-yə rəsmi olaraq heykəl ucaldıb və onu millii qəhrəman statusuna yüksəldib: "Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməniz faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq etmişdir".  Milət vəkili bildirib ki belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlmişdir: "Çünki məhs onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlininin müəllifləri idi. Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrinin dövlət başçıları görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökümətini heykəlin götürülməsinə çağırması  faşizmə qarşı 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi. Bu həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. Bu həm də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına bir çağırış idi. Regionda sülh, əmin amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan bir ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyaların çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə görür. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi cənab İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xaqlarının maraqlarına xidmət edir".

Füzuli

Olaylar.az

Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib- Şərh

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31