Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib- Şərh

Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib-Şərh

Bu ideologiya siyasi təşkilatlar və vətəndaş cəmiyyətlərinə də sirayət edib

Ermənilər tarixən xalqımıza qarşı insanlığa sığmayan, yalnız ermənilərə məxsus olan iyrənc, vandal addımlar atmaq üçün əlverişli məqam axtarıblar. Elə məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə əl ataraq bəşəriyyət əleyhinə cinayətin müəllifinə çevriliblər. Ötən əsrin sonlarında Qorbaçovun yenidənqurma  və aşkarlıq  siyasəti ermənilərə yenidən belə bir fürsəti verdi. Ermənistandakı və mərkəzdəki ideya ilhamçılarının tövsiyyələri, şovinist "Daşnaksütyun", "Krunk", "Qarabağ" təşkilatlarının proqram bəyanatları əsasında hərəkətə gəlmiş erməni terror maşını işğalçılıq siyasətinin  əsas hədəfi kimi məhz  Dağlıq Qarabağı seçdi. Hələ sovet sistemi tam dağılmamış o zamankı ermənipərəst qüvvələrin səyi nəticəsində Dağlıq Qarabağdakı ermənilər silahlandırılır, bölgənin aborigenləri olan azərbaycanlılara münasibətdə soyqırım və deportasiya siyasətlərini həyata keçirdilər. Birinci mərhələdə Dağlıq Qarabağda erməni əhalisinin sayca çoxluq təşkil etdiyi bölgələrdən azərbaycanlı əhalinin sıxışdırılması üstünlük təşkil edirdisə, ikinci mərhələdə artıq silahlar işə düşdü. Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımı  dediklərimizə bir daha sübutdur.  Bu faciə erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir.

***

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bir neçə dəhşətli faktı xatırlatmaq kifayət edir ki, bu xalqın nə qədər qaniçən, faşist olduğunu təsəvvür etmək mümkün olsun. Belə ki, erməni quldurları qadınlar və yaşlılardan ibarət girovları Xankəndinə apararkən şəhərə beş km qalmış maşını saxlayıb onlara soyunmaq  əmrini verir. Alt  paltarında  olan qadınlar  və yaşlılar qışın sərt soyuğunda ayaqyalın 5 km məsafəni Xankəndinə   piyada  getməyə məcbur edilir. Həmçinin 1992-ci il  fevral ayının 17-də erməni quldurları Xocavənd rayonunun Qaradağlı kəndinə soxularaq, yüz  on yeddi  azərbaycanlını girov götürürlər. Həmin tarixdə erməni yaraqlıları kəndin fermasında üç kişini və bir qadını yandırırlar. Ermənilər  əlli altı  sakini (onlardan  10-12 nəfəri uşaq) güllələyərək quyuya  tökür və üstünü  traktorla torpaqlayır. Həmin vaxt ermənilər "KamAZ" maşını ilə kənd sakini Hüseynov Şahmuradın üzərindən keçərək onu öldürürlər. Qaradağlı kənd orta məktəbində çalışan Mobil müəllimin, 22-23 yaşlı Həsənov Altayın və Hüseynov Xanalının üzərinə dizel yanacaqı tökərək diri-diri yandırırlar. Təkcə sadalanan iki fakt kifayətdir ki, ermənilərin faşist təbiətli olduğunu, onların faşizm ideologiyasına xidmət etdiyini təsdiq etmək mümkün olsun. Çox təəssüf ki, ermənilərin bəşəriyyət əleyhinə cinayətləri beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmayıb. Lakin prezident İlham Əliyev bu yükü də çiyninə götürərək Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında ermənilərin əsil xislətini açmış oldu: "Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə  Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur".

Ermənilərin insanlıq əleyhinə cinayətlərini, törətdikləri vandalizm aktlarını, terror aksiyalarını təsadüfi hesab etmək olmaz. Ona görə ki, Ermənistanda yaranan istənilən siyasi təşkilatın, vətəndaş cəmiyyətinin məramnaməsində faşizm ideyaları əksini tapmış olur. Bu, "Daşnaksütyun" partiyası yarananda da belə olub, indi də belədir. Yeri gəlmişkən qeyd edək ki,  "Daşnaksütyun" partiyasının proqramında qeyd olunurdu ki, "bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır". Xocalıda erməni qəsbkarları tərəfindən törədilən kütləvi insan qırğını, ağlasığmaz qəddarlıq və işgəncələr məhz bu ideologiyanın nəticəsidir. Sadalanan faktlar deməyə əsas verir ki, Ermənistanda faşizm ideologiyasının təbliği məhz dövlət səviyyəsində aparılır. Bu təbliğat ölkənin siyasi institutları və vətəndaş cəmiyyətlərinin fəaliyyətinə də sirayət edib. Belə olmasaydı, Ermənistan Respublikaçılar Partiyasının rəsmi simvolunda faşiızm elementləri əksini tapmazdı.  

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31