Xarici işlər nazirlərinin görüşü nə vəd edir?
Xarici işlər nazirlərinin görüşü nə vəd edir?
20 Sentyabr 2019 13:29 SiyasətRəsmi qaynaqların yaydıqları xəbərə görə sentyabrın 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti görüşün keçirilməsini planlaşdırırlar. Maraqlıdır, gözlənilən görüş münqaişə tərəflərinə nə vəd edir? "Olaylar"ın xəbərinə görə, millət vəkili Sahib Alıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki "nöqtə"ləməsindən sonra rəsmi Bakı belə bir görüşün keçirilməsinə razılıq veribsə, məncə, bu daha çox bizim hay girovluğunda olan iki soydaşımız-Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlıdır: "Azərbaycan çoxdandır ki, onların əsir götürülən və əsir düşən iki hay hərbiçisinə dəyişdirilməsini təklif edir. Minsk qrupu həmsədrlərinin də sözdə də olsa, bunu dəstəkləmələri belə bir ümid yaradır ki, ola bilər iki hay hərbiçisinin təhvil verilməsi qarşılığında Dilqəmlə Şahbaz girovluqdan qurtulsunlar. Mən iki ölkənin Xarici İşlər nazirləri arasındakı görüşü, danışıqları yox, məhz görüşü ancaq və ancaq bu baxımdan önəmli sayıram. Əgər qarşıdakı görüşdə bu məsələylə bağlı hansısa bir razılığa gəlinsə, onda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır. Əks halda bu görüş də haylarla havadarlarının status-kvonun uzadılmasına yönəlik addımlarından başqa heç bir mahiyyət daşımayacaq".