Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix bəlli oldu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix bəlli oldu
20 Sentyabr 2019 12:43 SiyasətSentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə "Olaylar"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31