Radikalların dindən siyasi məqsədlər üçün yararlanma cəhdi - Siyasət
Radikalların dindən siyasi məqsədlər üçün yararlanma cəhdi- Siyasət
11 Sentyabr 2019 14:10 SiyasətVə ya beynəlxalq aləmə danışılan yalan
Deməli radikal siyasi düşərgə sivil mübarizə yolu ilə heç nəyə nail olmadığını tam dəqiqləşdirdikdən sonra müxtəlif vasitə və üsullara əl atmağa başlayıb. Radikalların bu istiqamətdə istifadə etdiyi ən birinci üsul dindarları öz tərəflərinə çəkmək cəhdidir. Bir müddət əvvəl keçirdikləri mitinqlərə cəmiyyətin dini kəsiminin cüzi bir hissəsini cəlb etməyi bacarsalar da, sonradan radikalların keçirdikləri etiraz aksiyalarına dini kəsim də dəstək vermədi. Çünki ilk mitinqdə həmin siyasi qüvvələrin hansı siyasi məqsədlər və çirkin istəklərə nail olmaq istədikləri üzə çıxdı. Ancaq görünən odur ki, bu siyasi düşərgə imkan düşdükcə dini kəsimdən yararlanmağa çalışır. Hətta vəziyyət o qədər biabırçı həddə çatıb ki, həmin siyasilər İslam dünyası üçün müqəddəs hesab edilən aylarda ölkə dindarlarının təşkil etdiyi tədbirləri öz adlarına çıxmağa çalışır, bunu Azərbaycanın narazı elektoratı kimi qələmə verirlər. Halbuki inanclı insanlar bu və ya digər tədbirləri ilə İslam dininin müqəddəs günlərini qeyd etmək üçün bir araya gəlirlər.
Elə ötən gün keçirilən Aşura mərasimlərinin hansı formada beynəlxalq aləmə təqdim edilməsinin fonunda da bunu aydın şəkildə gördük. Gördük ki, radikallar nəyin həvəsi və istəyindədirlər. Belə ki, BBC News Azərbaycanca YouTube kanalı tərəfindən 14 dəqiqəlik ``Aşura və Böhran`` adlı məqalə təqdim edib. Altay Göyüşovun qələmə aldığı məqalədə müəllif iddia edir ki, ``Aşura`` mərasimində izdihamın artması ölkədə iqtisadi, siyasi böhran halları ilə bağlıdır. Məsələ ilə bağlı fikirlərini ifadə edən müstəqil ekspert Murad Ağamiyev isə deyib ki, Altay Göyüşov Aşura mərasimi və bu mərasimin iştirakçıları barədə heç də həqiqətə uyğun olmayan, yalan və böhtanla dolu, heç bir sübutu və dəlili olmayan məsələlər qaldırıb. Onun fikirlərinə görə insanların ``Aşura`` mərasimində izdihamın artması ölkədə iqtisadi, siyasi böhran halı ilə əlaqədardır. Bu qondarma tarixçi iddia edir ki, guya hazırda Azərbaycanda həm iqtisadi, həm də siyasi böhran var və insanlar öz müxalif fikirlərini nümayiş etdirmək üçün məscidlərə gəlib əzadarlıq edirlər. Mənim üçün çox maraqlıdır ki, BBC News Azərbaycanca YouTube kanalı nə üçün bu və bu kimi antimilli çıxışlar edən, ölkədə qıcıqlanma yaradan və manipulyator missiyasıı icra edən şəxsləri və onların məqalələrini işıqlandırır, geniş ictimaiyyətə təqdim edir? Bunlar bu formatda iş planı qurmaqla nəyi hədəfləyir, məqsədləri nədir?" Murad Ağamiyev deyib ki, Aşura mərasimləri zamanı məscidlərdə apardıqları müşahidələr Altay Göyüşovun iddialarının tamamilə əsassız olduğunu deməyə əsas verir: "Mən Sumqayıt Cümə məscidində təşkil edilmiş ``Aşura`` mərasimində iştirak etmişəm. Bunu da qeyd edim ki, mən təkbaşına deyil Demokrat Gənclər Hərəkatı və Demokrat Gənclər İlham Əliyevi Dəstəkləyir Təşəbbüs Qruplarının üzvləri ilə birlikdə mərasimə qatılmışdım. Orada bizimlə bahəm Yeni Azərbaycan Partiyasının bir qrup tanış üzvlərini gördüm. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Teymur Səmədov da nümayəndə heyəti ilə orada idi. Hətta məscidin həyətində daha sonra mən Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sədri Mirmahmud Mirəli oğlu ilə də rastlaşdım və görüşdüm.Məscidin axundu və Qafqaz Müsəlmanları İdarəsinin şimal regionları üzrə Qazısı Hacı Rauf Sərdarov çıxışı zamanı böyük izdiham qarşısında dualar etdi. O, öz dualarında dövlətin ərazi bütövlüyü, suverenliyi, dövlət başçısının canın sağlığı üçün Allaha dua etdi . Məscidin həyətində mərasimə qatılan şəhər sakinləri hamılıqla bu dualara amin dedilər.
İndi mən Altay Göyüşova və onun kimi düşünən insanlara sual edirəm. Əgər həqiqətən də bu camaat iqtisadi-siyasi və s. böhrana öz etirazını bildirmək üçün və ya hökumətdən narazılığını ifadə etmək üçün ora toplaşmışdılarsa nə üçün dövlət başçısının canının salamatçılığı üçün edilən duaya hamılıqla amin deyirdilər ?Bilirsiz belə insanlar bəlkə ömürləri boyu bir dəfə də olsun məscidə Aşura mərasimində iştirak etmək üçün getməyiblər, orada mövcud olan mənəvi, vətənpərvər ab-havanı müşahidə etməyiblər. Bu xalq, ötən gün öz icra başçısı, polisi, dindarı, sıravisi, iqtidaryönümlüsü, müxalif yönümlüsü ilə birgə bir üç rəngli dövlət bayrağı altında şəhidlərinə rəhmət oxudu, Qarabağa düşmən tapdağından nicat istədi, öz ordusuna qələbə arzuladı, dövlət bayrağını hər daim ucalarda görmək istəyini dilə gətirdi və həmçinin də bütünlüklə , hamılıqla, həmrəyliklə dövlətin başçısına can sağlığı arzuladı.
Məncə belə demokratiya təbliği və ya azad mətbuat adı altında belə beynəlxalq kanallar və bu tip saxta tarixçi, siyasətçi , iqtisadçı kimi təqdim olunan şəxslərin nə gözü, nə də nəfsi imkan vermir ki, onlar xalqı belə həmrəy görsünlər. Tam əksinə onlar arzulayırlar ki, xalq ilə hökumət arasında uçurum olsun. Hər vəchlə bu istəklərini biabırçı formada biruzə verirlər".
Ekspert deyib ki, onlar ``Aşura və Böhran`` başlığı ilə məqalə yazmaqla, bunu səsli formada izləyicilərə təqdim etməklə xalqın fikirlərindən, mənəviyyatından uzaq olan formada şərhlər təqdim edirlər ki, bu yolla guya hökuməti qıcıqlandırsınlar və vətəndaşla hökumət arasında qarşıdurma yaratsınlar: "Bu üsulla siz heç nə əldə edə bilməzsiniz. Bunu bilin, özü də əminliklə bilin. Nə hökumət , nə də xalq sizin cılız oyunlarınıza alət olacaq deyil. Bizim dövlətimizin başçısı xalqın azad ibadəti üçün hər cür lazımi şəraiti təsis edib , xalq da bəsirətlidir, gözü tərəzidir".
Olaylar.az