Ermənistanın işğal altında olan ərazilərlə bağlı növbəti planı
Ermənistanın işğal altında olan ərazilərlə bağlı növbəti planı
10 Sentyabr 2019 17:03 Siyasət"Ermənilər bütün beynəlxalq formlarda Azərbaycanın işğal olunmuş ərazilərinin onlara aid olmamasını, həmin ərazilərdə yerli erməni xalqının özünü təyietmə hüququndan istifadə etdiyini bəyan edirdi. Bir çox beynəlxalq sənədlərdə də Ermənisan münaqişə tərəfindən daha çox maraqlı (etnik ermənilərin maraqlarını müdafiə edən tərəf) tərəf kimi göstərilirdi. Son illərdə vəziyyət dəyişir". "Olaylar" xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. Əlavə edib ki, artıq Avropa Məhkəməsinin qərarlarında, BMT sənədlərində və bir sıra dövlətlərin sənədlərində aşkar göstərilir ki, işğal altında olan ərazilərə effektiv nəzarəti Ermənistan həyata keçirir və bu ərazilər Ermənistanın idarəçiliyindədir: "Belə olan halda Ermənistanın hərəkətlərində aşkar bir xətt görünməkdədir. Ermənistan bundan sonra işğal faktını gizlətmək fikrində deyil (onlar buna işğal yox azad edilmə deyir). Ermənistanın növbəti planı bu ərazilərin artıq Ermənistana məxsus olmasını qəbul etdirməkdir. Bir növ Kəşmir məsələsi, amma bir az fərqli. Ermənistan paralel olaraq Azərbaycanın daxilində işləyir. Milli qəhrəmanlarımızın gözdən salnması, Əkrəm, İbraihmbəyov kimi "ziyalıların" satın alınması, nüfuz agenti şəbəkəsinin genişlənməsi və s. Avropada Əlikram, və Leyla Yunus və s.lər də bu məqsədlər üçün səfərbər edilib.Bu planın icrasına başlasalar növbəti addım da o olacaq ki, Azərbaycan əraziləri işğaldan azad etməyə başlayanda onu işğalçı tərəf kimi tanıtdırmaq. Erməni həyasızlığının sonu yoxdur.Bu plana başlasalar (yəqin ki, başlayıblar da) adekvat tədbiorlərə ehtiyac olacaq. Ordumuz hazırdı, amma xarici siyasət idarəmiz nə qədər hazırdı buna deyə bilməyəcəm".