Deputat: "Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur"
Deputat: "Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur"
10 Sentyabr 2019 16:53 SiyasətAzərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun və Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədovun bir neçə deputat həmkarımın dediklərinə münasibət bildirməsi cəmiyyət tərəfindən müsbət qarşılandı. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Əlavə edib ki, bir da ən yüksək səviyyədə elan edildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur: "Milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi "mən bütün azərbaycanlıların prezidentiyəm" açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur".