Ziyafət Əsgərov: "Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yüksək səviyyədədir"

Ziyafət Əsgərov: "Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yüksək səviyyədədir"

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, Ziyafət Əsgərov ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir, əməkdaşlığa dair  25-ə yaxın sənəd imzalanıb, xüsusilə 2013-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair sənəd bir çox sahələri əhatə edir. Nəzərə çatdırıb ki, inkişaf etməkdə olan ticarət-iqtisadi əlaqələrimizin gücləndirilməsi  üçün kifayət qədər potensial var. Birinci vitse-spiker onu da qeyd edib ki, gələn il Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olacaq.

Görüşdə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk təmsil etdiyi parlamentin adından bildirib ki, biz bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirmək arzusundayıq. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşməsini vacib sayırıq. Xanım Maksimçuk ikitərəfli münasibətlərin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd edib. Sonra nümayəndə heyətinin üzvləri fikirlərini bölüşüblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31