Elmar Məmmədyarov Latviyanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Latviyanın yeni səfirini qəbul edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Daynis Qarançs ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, görüşdə səfir Daynis Qarançs Latviya Respublikasının Xarici İşlər naziri Edqar Rinkeviçsin salamlarını Elmar Məmmədyarova çatdırıb. Nazir Elmar Məmmədyarov öz növbəsində David Qarançsı səfir təyin olunması münasibətilə təbrik edib və salamlarını Latviyalı həmkarına çatdırıb.Tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Səfir Daynis Qarançs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Elmar Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31