Deputatımız AŞ PA-da məruzə edəcək

Deputatımız AŞ PA-da məruzə edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının  Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında  iştirak  etmək üçün  sentyabrın  5-dən 7-dək  Fransada  səfərdə olacaq. MM-dən "Olaylar"a bildiriib ki, Paris  şəhərində  keçiriləcək toplantıda miqrant  və deportasiya  zamanı itkin düşmüş uşaqların  sığınacaq problemləri,  miqrantlar  üçün Breksitin nəticələri,  qaçqın və miqrant  hüquqları ilə  məşğul olan qeyri-dövlət  təşkilatlarının vəzifələri,  məcburi  köçkünlərin beynəlxalq  müdafiəsi və  digər məsələlərlə  bağlı fikir  mübadiləsi  aparılacaq. Deputatımız iclasda müzakirə  edilən  məsələlərə  öz  münasibətini  bildirəcək. clas  çərçivəsində  Sahibə Qafarovanın "Miqrant  və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi" mövzusunda hazırladığı məruzə ətrafında  dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31