Kreml ilin sonuna qədər Paşinyanı devirmək istəyir – Politoloqdan sensasion açıqlama
4 Sentyabr 2019 10:06 SiyasətRusiyanın siyasətində ciddi dəyişikliklər yoxdur. 10 il əvvəl Kremlin siyasəti necə idisə, ində də o cürdür. Moskva-İrəvan arasında baş verənlər isə bilavasitə Kremlin Ermənistanı əlində saxlamaq üçün gedişləridir. Çünki Paşinyan siysətdə piyada olduğu üçün ona hansı ölkədən təklif gəlirsə, dərhal qəbul edir. Bu da Rsiyanın xoşuna gəlmir.
Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Rusiya-Ermənistan münasibətlərinin indiki mərhələsini şərh edərkən deyib.
Politoloq əlavə edib ki, Ermənistanda olan prezidentlər içərisində Köçəryan ən çox rus maraqlarını həyata keçirən şəxs olub: "Sərkisyandan fərqli olaraq Köçəryan həm savadlıdır, həm də təhlükəlidir. Levon Ter-Petrosyan isə bütün hallarda Rusiyanın adamı deyildi. Odur ki, Rusiyanın Köçəryana sevgisi əsassız deyildi.
İkincisi, Nikol Paşinyan Rusiyanın arzu etdiyi addımlar atmır. Putin də tez-tez Köçəryanı təbrik etməklə, ona məktub yazmaqla əslində Paşinyana təzyiq edir. Bu prosesin arxasında da Rusiya maraqları durur.
Üçüncüsü, Putin peşəkar təhlükəsizlik orqanı işçisidir və Şərq dövlətlərinə hansı siyasi addımlarla təsir edə biləcəyini yaxşı bilir. Bünün fonunda çox güclü bir oyun gedir və ssenari də Moskvada hazırlanıb. Amma Kremlin ssenarisnə baxmayaraq erməni elə ermənidir. Onlar üçün hakimiyyət məsələsi yoxdur, kimdən işləri aşırsa ona dayı deyirlər.Bu saat Paşinyanın kifayət qədər problemi var və özü də bilir ki, bu problemləri Rusiya həll edəcək iqtidarda deyil. Çünki Rusiyanın özünün də iqtisadi cəhətdən problemləri var. Ona görə də, Kreml üçün Köçəriyan Paşinyana qarşı anti-virusdur".
Politoloq əlavə edib ki, indiki Rusiya-Ermənistan münasibətlərində gərginlik ilin sonuna qədər davam edə bilər: "Sözüm açığı Rusiya Ermənistanda hakimiyyəti dəyişmək istəyir. Bu hələlik Rusiya üçün çətindir. Çünki daş qayaya rast gəlib. Paşinyan da kifayət qədər həyasız adamdır və həm də onun hakimiyyətində kifayət qədər qərbdə təhsil alan və böyüyən ermənilər var. Onların daxilində psixoloji olaraq Rusiyaya qarşı nifrət var. Putin də bu hakimiyyəti təmizləmək istəyir. Sözsüz ki, hər gün Ermənistanın müxtəlif bölgələrində narazılıqların olması, bunun sosial şəbəkələrdə yerləşdirilməsi, gedən proseslər, Ermənistan daxilində baş verən hadisələr göstərir ki, bu ölkə yeni inqilaba hamilədir.
Ancaq bir var təbii doğuş, bir də var süni. Kremli atdığı addımlarla Ermənistanda siyasi doğuşun tezləşdirilməsinə çalışır. Ola bilsin ki, Ermənistanda ilin sonuna qədər hakimiyyət dəyişsin. Zənnimcə, Rusiyanın addımları fonunda Paşinyanın güclənməsi mümkün deyil. Əvvəla, Paşinyan elə bil ağılda deyil ki, belə situasiyalardan istifadə etsin. Digər tərəfdən, Paşinyan güclənsə Azərbaycan amili var. Yəni Rusiya əlini çəksə Azərbaycan ən azından işğal edilən rayonlarımızın bir neçəsini azad edə bilər. Bu da Ermənistanın sonu olar. Ermənistan da bunu yaxşı başa düşürlər. Bu mənada Ermənistanın güclənməsi haqda deyilənlər sadəcə utopiyadır".