Azərbaycan Prezidenti hər zaman dövlətinin, xalqının yanındadır - ŞƏRH
Azərbaycan Prezidenti hər zaman dövlətinin, xalqının yanındadır
3 Sentyabr 2019 15:24 SiyasətSeymur Orucov: "Dövlət başçısı hər zaman çalışır ki, insanların sosial rifah halının yaxşılaşdırılması üçün əlindən gələni etsin"
"Hesab edirəm ki, bu istiqamətdə məqsədyönlü işlər, uğurlu fəaliyyət davam edəcək"
Azərbaycan vətəndaşlarının daha rahat, daha yaxşı yaşaması üçün dövlət əlindən gələn hər şeyi edir desək yanılmarıq. Davamlı olaraq sosial sahədə atılan məqsədyönlü addımlar, həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar sadə Azərbaycan vətəndaşının sosial durumuna əsaslı dərəcədə təsir edir, onun bu və ya digər problemlərinin həllinə yol açır. Təkcə cari il ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qeyd etdiyimiz istiqamətdə atılan addımlara nəzər yetirmək kifayətdir. İl başlayandan etibarən dövlət başçısının minimum əmək haqqının, tələbə təqaüdlərinin, pensiyaların artırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar təkcə bu sahədə çalışan, işləyən, təhsil alan on minlərlə insanın deyil, eləcə də onların ailə üzvlərini sevindirdi. Bununla yanaşı uzun müddətdir mübahisə mövzusu olan və həllini gözləyən problemli kreditlərlə bağlı atılan addım da eyni əhval-ruhiyyə, eyni məmnunluğa səbəb oldu. Ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin 15 ildən artıq ölkəyə rəhbərlik etdiyi dövrə nəzər yetirsək aydın şəkildə görərik ki, dövlət başçısı üçün hər zaman sosial sahə, bu istiqamətə daha çox diqqətin artırılması əsas prioritet təşkil edib. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Cənab Prezident 2003-cü ildə sosial sahəyə necə həssaslıqla yanaşır və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində sistemli, davamlı xarakter daşıyan addımlar atırdısa, bu gün də eyni mövqedə qalır, eyni həssaslığı ortaya qoyur. Elə sentyabr ayının 1-dən etibarən minimum əmək haqqının 25- manata çatdırılması da bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, minimum əmək haqqının 250 manata çatdırılması ilə bağlı prezident fərmanı cari ilin iyun ayında imzalanmışdı.
Məsələ ilə bağlı "OLAYLAR"-a fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, bu bir daha Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin social sahəyə, insanların sosial rifah halının yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşdığını və hər zaman bu sahəni diqqətdə saxladığını təsdiqləmiş olur. Seymur Orucovun sözlərinə görə, Azərbaycanın iqtisadi gücü, qüdrəti artdıqca mütəmadi olaraq bu kimi addımlar atılır və əhalinin social rifah halı daha da yaxşılaşdırılır: "Minimum əmək haqqının artırılması ilə Cənab Prezident 1 milyon 300 min nəfəri sevindirib. Bunlar hamısı sosial layihələrdir və onun da arxasında vəsait, iqtisadi güc dayanır. Əgər dövlətin iqtisadi potensialı olmasa, bu qədər insanın minimum əmək haqqını artırmaq, onların social rifah halını yaxşılaşdırmaq mümkün olmaz. Ancaq Azərbaycan bütün bunları bacarır. Çünki iqtisadiyyatımızın şaxələndirilməsi düzgün həyata keçirilir". Seymur Orucovun sözlərinə görə, 1993-95-98-ci illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı olsa da, ancaq artıq neftdən gələn gəlirləri digər sahələrin inkişafına investisiya olaraq yatıraraq həmin sahələrin inkişafına nail olmuşuq. Cənab Prezident də pz növbəsində iqtisadi gücümüz və gəlirlərimiz artdıqca social sahəni əhatə edən fərman və sərəncamlar imzalayır". Hakim partiyanın Gənclər Birliyinin sədri qeyd edib ki, bütün bunlar Cənab Prezidentin sosial sahəyə necə diqqət ayırdığını ortaya qoyur: "Konstitusiyamıza edilən dəyişikliklə də sosial dövlət olduğumuzu tam rəsmiləşdirdik ki, Azərbaycan Respublikasının iqtisadi siyasəti sosialyönümlüdür. Hər zaman dab u sahə diqqətdə saxlanılır. İstər Qarabağ mühairbəsi iştirakçıları və şəhidlər, istər onların ailə üzvləri, istər qaçqın və məcburi köçkünlər, istərsə də digər kateqoriyaıardan olan insanların sosial rifah halının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələri və onlara bərabər tutulan şəxslərə 11 min manat məbləğində birdəfəlik yardımın verilməsi, Qarabağ müharibəsi iştirakçılarının social-mənzil şəraitinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikilməsi və qəsəbələrin salınması, hərbiçilərin social-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların hamısı ölkədə uğurla həyata keçirilən social siyasətin nəticəsidir". Seymur Orucovun sözlərinə görə , Azərbaycanın iqtisadi gücü, potensialı olmasaydı, sadalanan layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı: "Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı düzgün idarə olunur. Azərbaycan Prezidenti Cənab İlham Əliyev hər zaman dövlətinin, xalqının yanındadır. Dövlət başçısı hər zaman çalışır ki, sosial vəziyyəti o qədər də yaxşı olmayan insanların sosial rifah halının yaxşılaşdırılması üçün əlindən gələni etsin. Hesab edirəm ki, bu istiqamətdə məqsədyönlü işlər, uğurlu fəaliyyət davam edəcək və gələcəkdə də bu kimi sosialyönümlü tədbirlər həyata keçiriləcək, fərman və sərəncamlar imzalanacaq. Bütün bunlar isə bu gün olduğu kimi gələcəkdə də cəmiyyətimizin, vətəndaşlarımızın gündəlik həyatında, yaşam tərzində, social rifah halının yaxşılaşmasında hiss olunacaq".
Süleyman