Əli Kərimli qorxuya düşüb, yoxsa özü oyun qurub?

 

 

Mühacir jurnalist: "Siyasətdə virtual silahlı təhdid ənənəsini iqtidar tərəfdarları deyil, AXCP üzvləri qoyublar"

Sosial şəbəkələrdə müxalifət və hakimiyyət tərəfdarları arasında yenidən söz savaşı başlayıb. Əlində silah foto çəkdirib özünü "fədai" kimi reklam edən "Milli Fədailər Qrupu"nun rəhbəri Fuad Muradovun  sosial şəbəkələrdə AXCP fəalı Nicat Abdullazadəni  hədələməsindən müxalifət gen-bol istifadə edir. Bu olayı hakimiyyətin adına çıxarmağa çalışan AXCP üzvləri söyüşlü statuslar yazırlar. Bütün bu olayların tək günahkarı kimi isə hakimiyyəti göstərirlər. Xüsusilə də cəbhəçilər AXCP lideri Əli Kərimlinin məsələ ilə bağlı statusundan sonra bu istiqamətdə daha da fəallaşıblar.

Belə ki, Əli Kərimli Fuad Muradovun bu  hərəkətini hakimiyyətin sifarişi kimi qələmə verib.

Onu da qeyd edək ki,  məsələ ilə bağlı  Fuad Muradovun özü sosial şəbəkədə canlı yayıma çıxaraq barəsində yayılmış ittihamlara cavab verib. Bildirib ki, silahlı şəkilləri 2015-ci ildə DİN və digər güc strukturları tərəfindən araşdırılıb və ondan izahat alınıb. Yəni belə anlaşılır ki, Əli Kərimli köhnə fotolara istinadən iddialar irəli sürür. Əli Kərimlinin bu olaydan hakimiyyətin əleyhinə istifadə etmə cəhdlərinə, sosial şəbəkələrdə insanları hakimiyyətin üzərinə qaldırma addımlarına isə  prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov cavab verib.

, Əli Kərimli Fuad Muradov ile ilgili görsel sonucu

Fuad Muradov

Ə. Həsənovun statusunu təqdim edirik: "Özlərini hakimiyyətə "opponent" hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. Öncə də qeyd etdiyim kimi, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Bu mənada, əlində silah foto çəkdirib özünü "fədai" kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil...

Ə. Həsənov ile ilgili görsel sonucu

...Əli Kərimliyə xatırlatmaq istərdim ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir. Əgər bu gün kimsə bu "qəhrəmanlığı" təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar..."

Məsələnin müzakirəsinə sosial şəbəkələrdə xeyli ictimai şəxslər də qoşulublar. Xatırladılıb ki, siyasətdə bu kimi virtual təhdidlərin ənənəsini iqtidar tərəfdarları deyil, elə AXCP-nin üzvləri qoyublar.

Elbəyi Həsənli ile ilgili görsel sonucu

Elbəyi Həsənli

Belə ki, jurnalist Elbəyi Həsənli Fuad Muradovun hərəkətini pisləməklə bərabər Əli Kərimlinin Fransaya sığınan əmisi oğlu İnqilab Kərimovun bir zamanlar silahlı foto çəkdirərək, iqtidar nümayəndəsini ölümlə təhdid etməsini də xatırladıb: "Fransada mühacir qismində yaşayan İnqilab Kərimov da 7 yanvar 2016-cı ildə sosial şəbəkədə silahla fotosunu paylaşmışdı və iqtidar nümayəndəsini ölümlə təhdid etmişdi. O, İŞİD-in də Azərbaycana gəlişini alqışladığını bildirmişdi: "İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana xoş gəlirsən, İŞİD..."

Əli Kərimli indi bu biabırçılığa kəskin şəkildə etiraz etdiyi kimi, o vaxt da susmamalıydı. Hələ mən orasını demirəm ki, İnqilab Kərimovun yazdığı o sərsəm statusu xeyli cəbhəçi "like" etmişdi", - deyə, E.Həsənli bildirib.

Jalə Mütəllimova ile ilgili görsel sonucu

Jalə Mütəllimova

Jurnalist Jalə Mütəllimova müəllif yazısında məsələ ilə bağlı bildirib: "Silahla şəkilləri yayılan adamı dövlətin yollamadığına niyəsə əminəm. Çünki dövləti illərdir qoruyub, idarə edən təhlükəsizlik və güc orqanları generallarının belə bəsit əməliyyatçı olmasını ağlım kəsmir. Qaldı qarşı tərəf belə bəsit iş təşkil edə bilərmi? Mümkündür. Bu arada o qədər uzaqda olmayan keçmişi xatırlamaq da yerinə düşər. Öz düşərgələrindən bir media adamına, hansısa fəala necə hücum təşkil edilməsini hamı xatırlayır yəqin..."

Onu da qeyd edək ki, yayılan məlumatlarda bildirilir ki, Fuad Muradov əslində hakimiyyətin deyil, AXCP-nin öz adamıdır. Belə ki, teleqraf.com-un yaydığı məlumatda bildirilir ki, F.Muradov AXC-Müsavat iqtidarı dövründə ölkədə müxtəlif silahlı dəstələrdən birinin rəhbəri olmuş "Qazaxlı Alik" kimi tanınan Alik Muradovun oğludur: ""Qazaxlı Alik"in silahlı dəstəsi digər silahlı dəstələr kimi Əli Kərimlinin dövlət katibi olduğu və hər əlinə silah alanın dövləti idarə etmək iddiasına düşdüyü bir hakimiyyətdə fəaliyyət göstərib. Bu silahlı adamın cəbhəçinin, hazırkı dövrdə ən azından ideoloji olaraq AXCP-yə - Əli Kərimliyə yaxın birinin oğlu olduğunu təsdiqləyir. F.Muradov da sosial şəbəkə profilində atası "Qazaxlı Alik"in yolunu davam etdirdiyini açıq şəkildə ifadə edir... Rəhbəri olduğu partiyasının əsas funksionerlərindən biri, eləcə də doğma əmisi oğlu terrora çağırış edir, AXC-Müsavat hakimiyyətində "silahlı dəstə"lərdən birinin rəhbəri olmuş cəbhəçinin oğlu "Milli fədai qrupu" yaradır və silahla foto çəkdirir, Əli Kərimli isə hakimiyyəti ittiham edir. Bu mənzərə Azərbaycanda silahlı dəstə və terrora hansı siyasi qüvvənin meylli olduğunu da ortaya çıxarır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31