Səməd Seyidov AŞ PA-nın Büro iclasına qatılacaq
Səməd Seyidov AŞ PA-nın Büro iclasına qatılacaq
2 Sentyabr 2019 15:29 SiyasətSentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının Büro iclası keçiriləcək. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. Tədbirdə qurumun payız sessiyasının gündəliyi təsdiqlənəcək, AŞPA-da ləğv olunmuş Azad Demokratlar qrupu, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Parlament Assambleyasının xarici əlaqələri barədə müzakirələr aparılacaq. Səfər sentyabrın 4-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31