Mehriban Əliyeva xalqın iradəsinə cavab verən lider, dünyada diplomatiya aləmində iz qoymuş dövlət xadimidir

Mehriban Əliyeva xalqın iradəsinə cavab verən lider, dünyada diplomatiya aləmində iz qoymuş dövlət xadimidir

"Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyavanın doğum günüdür. Mehriban Əliyevanın çoxşahəli fəaliyyətinə Azərbaycan mədəniyyətinin inkişafı üzrə tədbirlər, Azərbaycan reallıqlarının dünyada təbliği, ölkə daxilində və xaricində çoxsaylı humanitar aksiyalar, irimiqyaslı sosial layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin ictimai və diplomatik fəaliyyət, dövlət idarəetmə sistemində mühüm siyasi fəaliyyət və bir çox digər məsələlər daxildir". "Olaylar" xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev deyib. Əlavə edib ki, onun yorulmaz, fədakar fəaliyyəti cəmiyyətdə hər zaman dərin rəğbət doğurmuşdur. Onun səmimiyyəti, sadə insanlarla arada bürokratik sədlər qoymaması, stereotiplərdən uzaqlığı hər zaman böyük minnətdarlıq hissi ilə qarşılanır. O, düşüncələrini bölüşərkən belə deyib: "Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən, baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar".Mehriban xanım Azərbaycan Prezidentinin gördüyü işlərə davamlı dəstəyi ilə, həyata keçirilən siyasətə töhfələri ilə bu inamı daha da qüvvətləndirir, xalq-dövlət münasibətlərinə dərin töhfə verir. Onun ictimai-siyasi fəaliyyəti İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Milli missiyanın beynəlxalq siyasi əhəmiyyəti də məhz bundadır.Azərbaycan cəmiyyəti Onu ölkənin Birinci xanımı və Birinci vitse-prezident kimi liderliyinin milli inkişafımızın intibaha dərin töhfə vercəyinə tam əmindir. Çoxşaxəli fəaliyyətində yorulmaq bilməyən Mehriban Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir". Onun bu statusu cəmiyyətin bəslədiyi məhəbbət və etimaddan daha da güc alaraq möhkəmlənir.Mehriban xanım Əliyevanın adı bu gün da müasir dünyanın lider qadınları sırasında çəkilir. Bu gün tam səmimiyyətlə etiraf edilir ki, siyasi həyatda Mehriban xanım Əliyeva xalqın iradəsinə cavab verən lider, dünyada diplomatiya aləmində artıq iz qoymuş dövlət xadimidir. Beynəlxalq təşkilatlar Mehriban Əliyevanın çoxsahəli və miqyaslı fəaliyyətilə müstəqil dövlətin və xalqın rifahının yaxşılaşdırılması işinə verdiyi töhfəni layiqincə qiymətləndirirlər. Bütün bunlar dünya ictimaiyyətinin gözü önündə baş verir. Mehriban xanımı təbrik edir, ona sağlamlıq və şərəfli ömür yolunda böyük uğurlar arzu edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31