Avropa parlamentinin deputatı Qarabağa qanunsuz səfər edib
Avropa parlamentinin deputatı Qarabağa qanunsuz səfər edib
26 Avqust 2019 17:23 SiyasətXarici ölkələrin rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərləri davam edir.Bu dəfə Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Qondarma "Qarabağ Respublikası"nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib. "Olaylar" xəbər verir ki, onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə "Titanic" satirik jurnalının baş redaktoru olub. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə hələ ki, münasibət bildirməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31