“Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır”
“Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır”
26 Avqust 2019 12:14 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma "prezident seçkiləri"nə münasibət bildirib. Xarici İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31