Səfir Qayana Kooperativ Respublikasının rəsmiləri ilə görüşdü
Səfir Qayana Kooperativ Respublikasının rəsmiləri ilə görüşdü
23 Avqust 2019 16:32 SiyasətAzərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxov, ölkənin paytaxtı Corctaun şəhərində, Qayana Kooperativ Respublikasının Dövlət naziri Dovn Hastinqs, Xarici işlər naziri Karen Kamminq, Təbii Sərvətlər naziri Rafael Trotman və ölkə Parlamentinin spikeri Barton Skotland ilə görüşlər keçirmişdir.
Olaylar.az bildirir ki, keçirilən görüşlər zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini təqdim etmiş və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul etmişdir.
Bundan başqa, görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilmiş, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatlarına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında da ətraflı məlumat verilmişdir.
Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətlərini məlumatlandırmışdır.
Parlamentin spikeri ilə görüşdə, Parlament diplomatiyası, Parlametlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə edilmişdir.
Tərəflər qeyd etmişlər ki, ikitərəflı əlaqələrin inkişafı üçün böyük potensial mövcüddur və əməkdaşlıq intensiv olaraq beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməlidir.
Səfir Elxan Poluxov, Qayanaya səfəri çərçivəsində, ölkənin aparıcı KİV-ləri olan "Stabroeknyuz" və "Nyusroom" qazetlərin və ölkənin dövlət televiziya kanalına müsahibə verərək, iki ölkə arasında münasibətlər, Azərbaycan tərəfinin təqdim etdiyi təhsil təqaüdləri və gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi haqqında geniş məlumat vermişdir.
Mesahibə ilə ətraflı aşağıdakı linklər vasitəsi ilə tanış olmaq olar: https://www.stabroeknews.com/2019/news/guyana/08/22/azerbaijan-scholarships-oil-and-gas-training-available-to-guyanese/
https://newsroom.gy/2019/08/21/azerbaijan-offers-guyana-oil-and-gas-training/

