Sabiq millət vəkili Cahangir Hüseynov Əkrəm İmamoğlu ilə görüşdü
Sabiq millət vəkili Cahangir Hüseynov Əkrəm İmamoğlu ilə görüşdü
23 Avqust 2019 14:07 SiyasətTürkiyədə səfərdə olan sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynov səfər çərçivəsində İstanbul Böyükşehir bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb. Bu barədə "OLAYLAR"-a məlumat verən Cahangir Hüseynov deyib ki, görüş çox səmimi və işgüzar müstəvidə keçib: "Məlumat üçün deyim ki, Əkrəm İmamoğlu ilə 10 ildən artıqdır dostuq. Əkrəm İmamoğlu istər seçkilərin birinci, istərsə də ikinci mərhələsində qalib olan zaman onu təbrik etmişdim. Türkiyəyə səfərim zamanı ona zəng edərək bir daha qələbə münasibətilə təbrik etdim. O, da öz növbəsində mənimlə görüşmək üçün İstanbul Böyükşehir bələdiyyəsinə dəvət etdi". Sabiq millət vəkili deyib ki, qızı Cahaninin də iştirak etdiyi görüş səmimi ortamda keçib: "1 saat yaxın keçən görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki qardaş ölkənin "bir millət, iki dövlət" devizi altında daha da inkişaf etdiyi, birgə uğurlara imza atdığından danışdıq". Cahangir Hüseynov deyib ki, görüş zamanı Əkrəm İmamoğluna üəzrində "bir millət, iki dövlət" sözləri yazılmış xalı, eyni zamanda müəllifi olduğu kitabları hədiyyə edib: "Əkrəm İmamoğlu da öz növbəsində təklif etdi ki, mənim kitablarım Türkiyə türcəsinə çevrilərək çap olunsun. Hazırda Əkrəm bəyin təklifi əsasında çalışıram". Sabiq millət vəkili onu da qeyd edib ki, Türkiyədə olduğu müddətdə Əkrəm İmamoğlunun ailəsi də onunla yaxından maraqlanıb: "Əkrəm İmamoğlunun bacısı Neslihan İmamoğlu hər gün bizimlə əlaqə saxlayaraq hal-əhvalımızı soruşur, bir problemlə üzləşib-üzləşmədiyimizlə maraqlanırdı". Cahangir Hüseynov onu da deyib ki, Türkiyəyə səfəri və İstanbulda keçirdiyi görüşlər nəticəsində bir daha azərbaycanlı və türk olduğu üçün qürur duyub.


