“Cüzi bir hava kütləsi belə idarəetmənin itməsinə səbəb ola bilər” – Şərh

"Ölkəmizdə ordu, müdafiə sistemi gündən günə inkişaf etməsinə baxmayaraq, hava sistemində kadr  azlığı mövcuddur. Polkovnik leytenant Rəşad Atakişiyev hava sistemində yüksək şəkildə peşakarlaşmış pilotlardan biri hesab olunurdu. Əlbəttə şəhidimizin ölümündən 24 gün keçmişdir. Dolğun məlumat Nazirlik tərəfindən bu gün verilmişdir. Ölkədə gedən mühüm proseslərlə bağlı, həm radikal həm də dolğun tərəfdarlar hər zaman mövcud olur".Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

"MİQ-29 hərbi qırıcı təyyarələri Sovet Rusiyası tərəfindən yaradılmış, dördüncü nəsil döyüş silahıdır. Təyyarəni qabaqcıl ölkələrin ordu sistemlərində müşahidə etmək mümkündür. Lakin buna baxmayaraq hava sistemində hər hansı bir maşından istifadə etmək böyük bacarıq tələb edir. Cüzi bir hava kütləsi belə, külək axının qəflətən dəyişməsi belə idarəetmənin itməsinə səbəb ola bilər" - deyə ekspert əlavə edib.

"Müdafiə Nazirliyinin bəyan etdiyi məlumata əsasən deyə bilərəm ki, gecə vaxtı saat 22:00da təlim-məşq uçuşları həyata keçirilən zaman təyyara qəzaya uğramışdır. Təyyara isə hər hansısa naməlum cisimlə toqquşmuş və Xəzər dənizinə enmişdir. Radikal fikirlərə görə isə, hadisənin səbəbi öyrənilə bilməz, bunun səbəbini araşdıracaq avadanlıq ölkəmizdə mövcud deyildir. Hər bir təyyarada yüksək təhlükəsizliklə qorunan qara qutu mövcuddur. Ölkədə əgər hava uçuş sistemi mövcuddursa, hər hansısa bir təhlükə mövcud olduğunda təhlükənin səbəbi qara qutudakı görüntülərə əsaslanaraq öyrənilir. Ölkəmizdə aviasiya və hərb sahəsində belə mütəxxəsislər mövcuddur"-deyə Əli Miriyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31