“Bəzi qüvvələr ictimai fikri çaşdırmaq üçün çalışırlar” – Şərh

"Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasına səbəb olan amillə bağlı yaymış olduğu rəsmi açıqlama əsas göstəricidir. Zabit Rəşad Atakişiyevin nə qədər  təcrübəli pilot olması hər kəsə aydındır. Azərbaycana məxsus qırıcı təyyarə  hansısa ölkə tərəfindən qəzaya  uğradılsaydı belə bu cavabsız qalmayacaqdı". Bu fikirləri Olaylar.az-a siyasi ekspert Fuad Heydər deyib."Gündəmdə fəallaşan bəzi qruplar ictimai fikri çaşdırmaq üçün müxtəlif və əsassız fikirlər səsləndirirlər. Belə qruplar dövlətimiz haqqında yalan mənfi düşüncələr yaratmaq istəyirlər. Hətta aprel döyüşləri zamanı belə bu insanlar dövriyyəyə şaiyələr atmaqla məşğul idilər. Onlar ictimai fikri çaşdırmaq üçün hər zaman çalışırlar"- deyə, ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31