Hər il dünyada beş mindən çox quşlarla təyarələrin toqquşma hadisəsi qeydə alınır – Hərbi ekspert
Hər il dünyada beş mindən çox quşlarla təyarələrin toqquşma hadisəsi qeydə alınır – Hərbi ekspert
22 Avqust 2019 17:43 Siyasət"Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm.
Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyarələrin toqquşması hadisələri nadir hal deyil. Hər il dünyada beş mindən çox quşlarla təyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir".
Olaylar.az xəbər verir ki, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasına səbəb olan amillə bağlı yaymış olduğu rəsmi açıqlamaya münasibət bildirərkən deyib.
O qeyd edib ki, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən "Ural Avialiniyaları" kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir: "Bəzən isə quşlar pilot kabinasına çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cismdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi".
"Ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avarıçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiz. İnsan(toplumu) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir"- deyə, hərbi ekspert vurğulayıb.