Bizdə bir qrup adam var ki,...
22 Avqust 2019 16:57 Siyasətİlham Quliyev: "Hər şeyə uşaq oyuncağı kimi baxır, hər hadisədə bir film ssenarisi axtarırlar"
"Bizdə bir qrup adam var ki, istənilən bir hadisə ilə bağlı ancaq öz düşündüyünün olmasını istəyir. Hər şeyə uşaq oyuncağı kimi baxır, hər hadisədə bir film ssenarisi axtarırlar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev Müdafiə Nazirliyinin "MİQ-29" döyüş təyyarəsinin qəzaya uğraması səbəbi ilə bağlı yaydığı rəsmi açıqlamaya şübhə ilə yanaşanlara, başqa ehtimallar səsləndirənlərə cavab olaraq qeyd edib. Baş redaktor daha sonra bunları vurğulayıb: ""Günlərdir "MiQ-29" tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi. Bu gün Müdafiə Nazirliyi qəzanın səbəbi ilə bağlı yaradılmış komissiyanın rəyini açıqlayıb. Açıqlamada qeyd edilir ki, "qara qutu" məlumatları və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan Aviasiya hadisəsinin araşdırılması komissiyasının gəldiyi son rəyə görə, təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu"dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib. Amma belə görünür ki, qəzanın səbəbi ilə bağlı gəlinən nəticə qaneedici olmayıb".