"Müəyyən qüvvələr var ki, onlar bütövlüyümüzə, müstəqilliyimizə qarşıdırlar"
"Müəyyən qüvvələr var ki, onlar bütövlüyümüzə, müstəqilliyimizə qarşıdırlar"
21 Avqust 2019 18:22 Siyasət"Ölkəmizdə müəyyən qüvvələr var ki, onlar bizim bütövlüyümüzə, müstəqilliyimizə qarşıdırlar. Din pərdə arxasında, demokratik-liberal maskasında həmin qüvvələr separatizmin alovlanmasında, ölkəmizin digər ölkə tərəfdən zəbt olunması istiqamətində fəaliyyətdədirlər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bu gün toplumun bir qismi siyasi-dini radikalizmə meyillənir: "Radikal qruplar xarici qüvvələrlə birlikdə pusquda durub, bütövlüyümüzü, milli dəyərlərimizi məhv etməyə hazırdırlar. Bir məsələni qeyd edim ki, cəmiyyətimizdə müxalifət adı altında anarxistlər, əxlaqsızlar, dini pərdəsi arxasında radikallar var ki, dövlətimizə qarşı hər zaman zərbə vurmağa hazırdırlar. Onların qarşısı tezliklə alınmasa, toplum olaraq uçuruma gedəcəyik. Bu gün biz milli ideologiya olaraq türkçülüklə, bütövlüklə azərbaycançılığı milli şüar edib, milli birliyimizi qorumalı, Qarabağ amalı ilə birləşməliyik".