İspaniyada yaşayan ermənilər imza toplamağa başlayıb

İspaniyada yaşayan ermənilər imza toplamağa başlayıb

Dağlıq Qarabağın müstəqil dövlət kimi tanıdılması üçün

İspaniyada yaşayan ermənilər imza toplayaraq Avropa Məhkəməsinə müraciət etməyi düşünürlər.  "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən İspaniya Azərbaycanlıları Birliyinin təsisçisi, İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası (ACAE) direktorlar Şurasının üzvü Vahid İmanov bildirib ki, ermənilər bununla qondarma Dağlıq Qarabağ "respublikası"nın müstəqil dövlət kimi tanınmasına nail olmaq istəyirlər: "Bizlər İspaniyada yaşayan bütün azərbaycanlılar da imza toplayıb Avropa Məhkəməsinə müraciət edək ki, 25 ildən artıqdır 1 milyon qaçqınımız var və Dağlıq Qarabağ məsələsinə Avropa İnsan Haqları Məhkəməsində baxılsın. Müraciət edək ki, Dağlıq Qarabağ ərazisində 25 ildir etnik təmizləmə aparılır". Vahid İmanov qeyd edib ki,  bütün bunları etmək üçün İspaniyada bizlərin seçdiyi 2 koordinator var və onlar müvafiq sənədləri hazırlasınlar: " Bizlər də həmin sənədi imzalayıb Avropa İnsan Haqları Məhkəməsinə göndərək. Bunu tezliklə etmək lazımdır ki,  sonra keşkə deməyək. Gəlin Vətən, dövlətçilik və bayraq naminə şəxsi ambisiyalarımıza son qoyub birlikdə olaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31