“Hansı sadə Azərbaycan vətəndaşı xaricə gedərək asanlıqla maliyyə əldə edə bilər?” - Politoloq
“Hansı sadə Azərbaycan vətəndaşı xaricə gedərək asanlıqla maliyyə əldə edə bilər?” - Politoloq
21 Avqust 2019 14:37 Siyasət"Hamıya məlumdur ki, indiyə qədər dünyadakı heç bir inqilabın xalq tərəfindən reallaşması mümkün olmayıb və olmayacaq da. Ən yaxın tarixdən bizim yaxşı bildiyimiz Ukrayna, Qırğızıstan, Misir, Liviya və başqa ölkələrdə baş verən "xalq hərəkatları", "demokratik dəyişikliklərin" arxasında ayrı- ayrı güc mərkəzlərinin olduğu faktlarla sübut olunmuşdur.
Təbii ki, Azərbaycan da qlobal siyasi proseslərin bir oyunçusu olaraq bu hadisələrdən sığortalanmayıb. Ona görə də kifayət qədər ayıq olmaq və hadisələrə adekvat qiymət vermək lazımdır".
Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar Klubu YAP sədrinin müavini - İcra katibi Əli Əhmədovun facebook şəbəkəsində 19.08.2019 tarixli yazısının aktuallığı haqqında politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, bu gün, özlərini mühacir adlandıran bəzi "Youtube" qəhrəmanları böyük pullar arxasınca xaricə qaçaraq bloggerlikdən kifayət qədər maliyə qazanırlar: "Hamıya məlumdur ki, indi dünyada kibermüharibə, seçki proseslərinə müdaxilə gedir ki, hətta ABŞ kimi dövlətin milli təhlükəsizlik orqanlarının illik açıqlamalarında son zamanlar məhz bu mövzusunun ən aktual olduğu göstərilir.
Bəli, tənqidlə diqqəti cəlb etmək asan məsələdir. İnsanlar tənqidi sevir. Lakin, bu şəxslər xalqın gözündə qəhrəman deyillər, ola da bilməzlər. Çünki, onların arxasında istər daxildəki, istər xaricdəki ayrı - ayrı güclərin olması aydınlıqla görünməkdədir.
Hansı sadə Azərbaycan vətəndaşı xaricə gedərək asanlıqla maliyyə əldə edə bilər? Yalnız, siyasi hakimiyyəti tənqid etmək, dövlətini tənqid etmək amalında olan və bunu utanmadan edən şəxslər. Məgər bu gün dünyada Azərbaycandan daha pis vəziyyətdə yaşayan dövlət yoxdur? Amma, bəlkə də yeganə "müxalif blogerlər" bizdədirlər ki, hansılar kı, asanlıqla öz liderinə, öz xalqına qarşı xaricdə istədiyi sözü ağızlarına almağa belə utanmırlar. Çunki, hər söyüşün öz qiyməti var. Kənardan baxarkən çox utanvericidir.
Bugün siyasətdən uzaqda duran, işi olmayan hansı azərbaycanlı youtube kanalının təkcə reklamına ayda 5000-15000arasında pul xərcləyə bilər?
Politoloq qeyd edib ki, xaricdə və daxildə yaxşı şəbəkələşmiş bu qrupların əslində bir məqsədi var - hakimiyyəti tənqid etməklə Qərb fondları, xüsusi xidmət orqanları və ayrı -ayrı havadarlarının dəstəyi ilə milyonlar qazanmaq: "Onlar milyonları artıq qazanıblar və qazanmaqda davam edirlər. Lakin, qazanmağa müyəssər olmadıqları bir şey var. Siyasi karyeralarının çoxdan bitdiyi bu qrupların hansı məqsədlə "vətənpərvər" libasına girərək xalqa teatr göstərdikləri ifşa olundu.
Beləliklə, işləməyərək lüks həyat şəraitində Avropanın müxtəlif ölkələrində yaşayan bu şəxslər aldıqları maliyəyə görə tənqid etməlidirlər, edirlər də. Bu, onların "işidir". Bizim isə, vəzifəmiz milli dövlətçiliyin inkişafına mane olan, dövləti xaos və anarxiyaya çevirmək istəyən istər ayrı - ayrı Qərb institutları, fondlarına qarşı, istərsə də saxta "vətənpərvər internet qəhrəmanlarına" qarşı ayıq olmaqdır".
Nigar Orucova