Azərbaycanda iqtidar-xalq birliyi günü-gündən möhkəmlənir -Təhlil
21 Avqust 2019 13:48 SiyasətÖlkəmizin siyasi poliqona çevrilməsi qeyri-mümkündür
İnformasiya kommunikasiya texnologiyaları inkişf etdikcə ayrı-ayrı ölkələrdə cərəyan edən ictimai-siyasi proseslərə müdaxilə mexanizmi də dəyişmək zorunda qalıb. Artıq elmi-texnoloji baxımından inkişaf etmiş dövlətlərin ideoloqları ən müxtəlif ölkələrin siyasi proseslərinin idarə olunmasına nail olmaqdam ötrü baş sındırmaqda yarışa çıxıblar. Siyasi analitiklər aydın şəkildə dərk edirlər ki, artıq küçə mitinqləri, "rəngli inqlablar" kimi layihələr ictimai təsirini itirib. Çünki, elə dövlətlər var ki, orada müxalifət ya yox dərəcəsindədir, ya da insanlar dövləti və dövlət başçısını birmənalı şəkildə dəstəkləyirlər. Belə halda meydan hərəkatına maliyyə yardımı etmək sadəlövlük olardı. Bu zaman ən efektli variant dövrümüzün tələbatına çevrilmiş internet televiziyalardan "səmərəli" istifadə etməkdir ki, artıq dünya paraktikasında bununla bağlı bir necə layihə sınaqdan çıxarılıb. ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsindən aydın oldu ki, müasir İKT vasitəsilə hətta ölkələrin seşki prosesinə müdaxilə etmək belə mümkündür. Qeyd edək ki, sözügedən mexanizmin insan kütləsinə ehtiyacı olmasa da cəmiyyət və dövlətlər üçün olduqca təhlükəlidir. Daha dəhşətlisi odur ki, həmin prosesə "təcrübə poloqonu" olan dövlətlərin vətəndaşlarının cəlb edilməsidir ki, artıq bunun ilkin işartıları sezilməkdədir. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan müxalifəti sözügedən prosesə qoşulmaqdan ötrü dəridən-qabıqdan çıxır. Əslində müxalifətin uzun müddətdən bəri həyata keçirdiyi "siyasi mühacir" layihəsi buna hesablanıb. Belə ki, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində yaşamaq hüququ qazanmış şəxslər bu istiqamətdə daha çox canfəşanlıq edirlər ki, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi adi hala çevrilib və bunla bağlı kifayət qədər "simalar" ortalıqdadır. Sevinc Osmanqızı, Qurban Məmmədov kimi çoxsaqlı "siyasi mühacir"lərin fəaliyyəti dediklərimizə əyani sübutdur. Yaxın gələcəkdə bu siyahının daha da genişlənəcəyi ehtimaldan çox reallığa yaxındır. Çünki elə bir vəziyyət yaranıb ki, "siyasi mühacir" statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayət edir. Üstəlik müxalifət partiyaları bu məsələni biznes planlarına çoxdan daxil ediblər. Belə halda ölkəmizə tuşlanacaq internet televiziyaların sayının artacağı şübhə doğurmur. Məlumdur ki, erməni lobbisi, ümumilikdə isə antiAzərbaycan qüvvələri müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan, eləcə də sosial şəbəkələrdən geniş istifadəyə üstünlük verirlər. Vətəni köpük-quruşa satmağa hazır olan müxalifət təmsilçilərinin isə bu çirkin kampaniyaya böyük həvəslə qoşulmaları günümüzün reallığıdır. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir: "Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir".
Lakin bütün cəhdlərə baxmayaraq məkirli qüvvələr tərəfindən Azərbaycanda hər hansı siyasi layihənin həyata keçirilməsi, Azərbaycanın siyasi poliqona çevrilməsi qeyri-mümkündür. Çünki, Azərbaycanda vətəndaş-iqtidar həmrəyliyi var, ölkə ictimaiyyəti dövləti və dövlət başçısını birmənalı şəkildə dəstəkləyir. Azərbaycan vətəndaşları çox gözəl anlayırlar ki, internet televiziyaların yaradılması və oradan ölkəmizə qarşı şər kampaniyasının aparılması, eləcə də bu prosesə cəlb olunan müxalifət təmsilçilərinə külli miqdarda vəsait xərclənir. Həmin vəsaiti xərcləyən qüvvələr isə Azərbaycan müxalifətinin ala gözünə aşiq olmayıb, onların öz məkirli niyyətləri var ki, sadəcə niyyətlərini bu üsulla həyata keçirməyə cəhd edirlər. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. Odur ki, Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidirlır. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir: "Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın". Xatırladaq ki, məhz Azərbaycanda bu birlik mövcud olduğundan inkiaf da göz qabağındadır. Üstəlik ölkə vətəndaşları da yaradılan sabitlikdən məmnundurlar. Çünki, Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Məhz buna görə də, geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.
Alim