Azərbaycan ilə Gürcüstan dövlət komissiyaları ekspertlərinin görüşü olub

Azərbaycan ilə Gürcüstan dövlət komissiyaları ekspertlərinin görüşü olub

Avqustun 19-da Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib. "Olaylar" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər delimitasiya prosesinin gedişatını müzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi nəzərdə tutulub. Avqustun 19-23-də ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31