İranın məxfi planı: “Azərbaycanı xəritədən silmək” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Fars rejimi Azərbaycan dövlətini İran ərazisinə qatmaq üçün gizli planlar qurur”

İran Qarabağ müharibəsi zamanı Qarabağda döyüşən erməni silahlı qruplaşmalarına yardım edib. Azərbaycanı Qarabağı geri almaq üçün müharibə apardı. Amma məqsədinə nail ola bilmədi. Müharibədə İran Qarabağdakı erməni silahlılarını himayə etdi. Bu isə Bakı ilə Tehran arasında ixtilafın yaranmasına səbəb oldu". İranın nüfuzlu "İrdiplomasi" saytına açıqlama verən, adının gizli saxlanılmasını istəyən iranlı diplomat belə deyib. "İlk dəfədir ki, İran diplomatlarından biri bu cür açıqlama verir. Həmin diplomat adının açıqlanmasını ona görə istəmir ki, o, adını deyən kimi "vətən xaini" adı altında öldürəcəklər. İran qanunlarında yox, şəriətində bu tip hadisələrə görə insanlar qətlə yetirilir" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə diplomatın bu açıqlaması yeni məlumat deyil: "Xocalı, Kəlbəcərin işğal edilməsi və 20 noyabrda Azərbaycan vertolyotunun vurulması ilə bağlı apardığımız araşdırmalardan məlum oldu ki, həmin hadisələrlə İran kəşfiyyat orqanlarının birbaşa əlaqəsi olub. Bu təhlükəsilik orqanlarına da məlum idi ki, vertolyotun vurulması İran ərazisindən təşkil edilib. Vertolyotu vuranların arasında "Hizbullah"ın üzvü də olub. Mayın 8-də Şuşanın işğal edilməsi İranın həyata keçirdiyi planları nəticəsində baş tutub. İran bütün hallarda Ermənistana yardım edib, indi də göstərir. Bunu da Azərbaycan dövlətinin acığına edir. Hal-hazırda İranın Azərbaycan üzərinə gəlməsinin arxasında başqa maraqlar durur. İranın planlarında Azərbaycan adlı dövlətin olmaması var. Bu Ermənistana da sərf edir. Son 200 ildə İrandan köçən ermənilərin hesabına Ermənistan Respublikası yaradıldı. Bunun da arxasında İran və Rusiya dayanır. Hesab edirəm ki, o, Qarabağ müharibəsində Ermənistanda olmuş diplomatdır. O vaxtı İranın Ermənistanda olan səfiri də belə bir fikir ifadə etmişdi ki, İran olmasaydı, Ermənistan nəinki Qarabağı alardı, hətta İrəvan, Mehrini də itirə bilərdi. Yenidən bunun gündəmə gətirilməsi İranın istəyilə deyil. Eyni zamanda bu Prezident Mahmud Əhmədinejadı sevməyən qüvvələrin işidir. Onlar bunu gündəmə gətirməklə yenidən bu məsələni qızışdırırlar. Digər tərəfdən müəyyən qüvvələr Azərbaycana xəbərdarlıq etmək istəyirlər ki, İran yenə də Ermənistana kömək edir, ehtiyatlı olun. İran hal-hazırda Bakıda qarşıdurma çıxarmaqda maraqlıdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00