Atəşkəs pozulub, Azərbaycan əsgəri şəhid olub

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.
Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00